Bakı Şopinq Festivalında alış-verişlərinizdən geri qayıdacaq məbləği kartınıza alın
23 MAY
275

Bakı Şopinq Festivalında alış-verişlərinizdən geri qayıdacaq məbləği kartınıza alın

Mayın 1-dən davam edən Bakı Şopinq Festivalı  alış-veriş həvəskarlarını sevindirməyə davam edir.  Geyim, elektronika,  ətriyyat,  mebel və s.  sahələri əhatə edən festivalda alıcılar adi vaxtlardan  daha aşağı qiymətə alış-veriş etməklə yanaşı  xərclədikləri məbləğin ƏDV-sinin bir qismini də geri alırlar. Yaradılan bu şərait  alış-veriş dövriyyəsini artırır və nəticə olaraq  geri qaytarılan məbləğin əldə edilməsi zamanı  banklarda sıralar  yaranır. 

Diqqətinizə çatdırırıq ki,  alıcılar  onlara qaytarılan məbləği  nağd olmaqla  yanaşı  bank kartlarına da  ala bilərlər.  Məbləğ  on gündən gec olmayaraq karta köçürülür. 

Alıcılar xərclədikləri məbləğin ƏDV-sinin bir qismini  bank kartlarına almaq istədikdə ƏDV köşkündə istəklərini bildirməli, bank və kart məlumatlarını elektron vergi fakturasının üzərində qeyd edib, vergi qutusuna atmalıdırlar. 

Diqqət! Yalnız Əhmədlidəki Bravo Hipermarketində olan Kapital Bank filialında “cash by code” sistemi vasitəsilə pulunuzu nağd geri ala bilərsiniz.  Necə? Çox asan! Alıcılar Şopinq Festival mağazalarında etdikləri alış-verişin ƏDV-sinin bir qismini geri alınması processində bankda “cash by code” sistemindən yararlanmaq istədiyini bildirir, və bu zaman, müştəriyə  8 rəqəmli kod verilir. Həmin kod ilə müştəri  Kapital Bankın istənilən  ATM-lərindən birində bu kodu daxil etməklə  ona qayıdacaq məbləği nağd şəkildə əldə edir.   

Bakı Şopinq Festivalının ƏDV köşklərinin ünvanları ilə  festivalın rəsmi saytındakı keçid http://bakushopfest.com/edv-koshkleri/ vasitəsilə tanış  ola  bilərsiniz. 

Müvəkkil bankların ünvanları  və iş vaxtları  ilə tanış  olmaq üçün isə  Festivalın rəsmi saytındakı  http://bakushopfest.com/muvekkil-banklar/ keçidinə daxil  olun. 

Azərbaycan Konqreslər Bürosu şopinq həvəskarlarının nəzərinə çatdırır ki, mayın 31-dək davam edəcək festival müddətində alış-veriş etməklə onlayn lotereyanın birbaşa iştirakçısına çevrilən alıcılar 10,000-dən çox dəyərli hədiyyəyə və əsas uduş olan "Nissan Sunny" avtomobilinə sahib olmaq imkanı qazanacaqlar! Bunun üçün heç bir lotereya bileti almağa ehtiyac yoxdur. Sadəcə alış-verişinizi təsdiqləyən sənəd (çek və ya Vergi Hesab Fakturasını) Sizin lotereya biletiniz olaraq uduşda lotereyada iştirak etməyinizə imkan verəcək.

Festivalda iştirak edən mağazalarla Bakı Şopinq Festivalının internet səhifəsindəki http://bakushopfest.com/our-stores/ keçidi vasitəsilə tanış ola bilərsiniz.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır