Otelimizdə gün ərzində 3 dəfə yemək verəcəyik - MÜSAHİBƏ
23 MAY
515

Otelimizdə gün ərzində 3 dəfə yemək verəcəyik - MÜSAHİBƏ

Turizm.Fins.az növbəti müsahibəsini Quba Cənnət Bağının otel müdürü Əhmədov Fərid Paşa oğlu ilə edib. Müsahibəni təqdim edirik. 

Bu otel Hansı kənddə yerləşir? Neçə ulduzludu?Neçə nömrəsi var?

- Quba rayonunun Amsar kəndinin ərazisində yerləşir. 4 ulduzludu və 100 otaqi var. Bundan əlavə kortejlər var.

Neçə Kortej var? 

2 kortejdə 8 otaq var,birdə Vİp Kortejlər var, əlavə 3 dənə korpus var. A, B, C korpusları. Umumi kortejlər, Korpuslarnan birlikdə 100 otaqmız var.

Sahəsi nə qədərdir? 

Sahəsi 8 ha-dır.

Bu 8 ha –da hansı əyləncə mərkəzləri var?

Deməli Bowling zalımız var. Burada tennis bilyard PlayStation,Qapalı hovuz, Fitness zalı, Spa mərkəzi, saunalar fəaliyyət göstərir. Bundan əlavə ərazidə əyləncə üçün paint boll, kvadratçikl ərazimiz, Futbol, valeybol, basketbol meydançamız,çöl hovuzuvar.Yay mövsümündə bunları açıq elan edəcəyik.

Qonaqlar üçün əyləncə mərkəzləri qiymətə daxildir?

Xeyir otel qiymətinə Fitness zal, hovuz, spa və sauna daxildir.

Standart otaqların və VİP otaqların qiyməti neçiyədir?

Standart 2 nəfərlik otaq 80 manatdır. Səhər yeməyi daxildir. Gələcək Məqsədimiz isə odirki bu qiymətə 3 dəfə yeməknən paket çıxardaq. Yay mövsümündə fikrimiz budu.

Bu Azərbaycanda bir ilk olacaq gün ərzində 3 dəfə yemək verilməsi?

Mən eşitdiyimə görə artıq bəzi otellər bunu edib. Buda çox yaxşı nəticə göstərib. Xarici turistlər əsasən 3 dəfə yeməyin olmasına üstünlük verirlər.

Hansı ölkədən gələn xarıci turistlər sırf buna maraq göstərillər?

Əsasən Rus Ukrayna turistlərindən maraq göstərilir. Ərəblər əsasən ozdəri sifariş etməyə daha çox üstünlük verirlər.

Sizin otellərin əsas qonaqları hansı ölkələrdən olur və hansı mövsümdə daha çox qonaqlar olur?

Bizdə yayda Rus qonaqlar daha çox olur. Qış mövsümündə isə ərəblər daha çox üstünlük təşkil edir.

Əsasən qara görə Şah dağının yaxınlıqına görə ərəblər, pakistanlılar buranı seçirlər.

Hazırda otelin doluluq səviyyəsi neçə faizdi?

Helə yay mövsümü başlamayıb  bizdə həftə sonları hardasa 70-80 faiz dolu olur.

Qubada sizin otelin digər otellərdən üstünlüyü nədir?

Üstün edən odur ki, burada hərşəy təbiidir. Bizim ərazi 8ha-dan ibarətdir və bu ərazidə hər tərəfdən gördüyünüz kimi çay axır. Bizim yaxınlıqımızda fermamız var. Bütün ət yeməkləri, süd məhsulları hər şeyi özümüz istehsal edirik. Hətta burda biz göbələk belə yetişdiririk. Biz çalışırıqki hərşey özümüzdən olsun.

İnternet üzərindən bron etmə sistemi sizdə var?

Əlbətdəki bookingdən sifariş edə bilərlər.

Siz xarici turistləri necə cəlb edirsiz?

Booking.com-dan basqa sizin marketinginiz hansı işləri görür ki, xarici turistləri cəlb eləsin?

Marketing Bakı ofisində yerləşir. Bu yaxınlarda biz 50-ə yaxın info tur qəbul etdik Rusiyadan.

Bildiyiniz kimi Cənnət Bağı şirkətlər qurupunun 3 oteki var. Bunlar xızı Cənnət bağı və Mingəçevir Ağ Saray. Biz bu info turu 3 oteldə tanıtdıq və nəticəsidə var. Yaz yay aylarında artıq bizə müştərilər göndərillər.

Yerli turizm şirkətlərinən nə səviyyədə münasibət qurmusuz?

Demək olar ki, 60-70 faizinən əməkdaşlıq edirik.

May ayında məktəblilər demək olar ancaq bura gəlirlər. Burada gəzməli ərazinin çox olması və uşaqların əyləncəsi üçün şəraitin çox olması uşaqların maraqına hərcür şərait var.

Quba otellərinin digər bölgələrimizin otellərindən fərqi nədi? Demək ola bilər ki, qubadakı otellər Digər bölgədəki otellərdən ucuzdu?

Müqaisə edə bilərəm Qəbələ otellərinə baxana Qubada ucuzdu.

Yaxın gələcəkdə hər hansı bir iş görmək istəyirsiz hansıki otel 5 ulduz və ya daha çox ulduz statistikası alsın?

Təbii ki biz həmişə çalışırıq ki, biz həmişə daha yüksəklərə qalxaq. Bizdə hər il yeniliklər olur. İndi artıq bizim tələbatımız kortejlərə daha çoxdur. Bizim yeni planımızda odur ki, bir neçə kottejlər ərazidə salınsn. Digər bir planda Aquaparkın tikilməsidi.

Bunları etdikdə Ulduz səviyyəsini artırmaqa sizə kömək edəcək?

Biz çalışırıqki o səviyyəyə çataq. Bizim müdriyyət o qədər diqqətlidir ki, bizim müştərilər üçün məciddə tikilib. Namaz qilmaq üçün ayrıca məcidimiz var.

Kottojlərində qiymətlərini deyə bilərsiz?

Bizdə standartdır yəni 2 nəfərlik kottejlərimiz 80 manatdır.

VİP otaqlar neçiyədir?

Vİp otaqların qiyməti 1 gecəsi 300 manatdır. Ora ancaq səhər yeməyi hovuz fitness daxildir.

Azərbaycan Turizminin üstün cəhətləri nələrdir?

Üstün cəhətləri biz ozumuzdən götürək biz ancaq keyfiyyət axtarırıq. Mən başqa ölkələrdə olmuşam yeməklərdə qidalarda sünilik görmüşəm dad hiss etməmişəm. Turistlər bura gələndə yeməkləri yeyəndə onlar dəhşətə gəlirlər. Bütün yeməklərimiz dadlıdı. Buda təbiilin olmasıdır. Turiztlər onu həmişə qeyd edirlər.

Gələn müştərinin narazı getməməsi üçün işçi personalı necə nəzarət olunur?

Bunlar müdriyyətdən asılıdır və bizimdə məqsədimiz müştəriləri güləriz olaraq hərzaman razı salmaqdır.

Biz hərzaman əlimizdən gələni edirik və hər zamanda qapımız açıqdır bütün turistlərin qulluqundayıq.

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır