Bakıdan Buxarestə birbaşa aviareys açılacaq
24 MAY
600

Bakıdan Buxarestə birbaşa aviareys açılacaq

Rumıniyanın milli aviadaşıyıcısı - TAROM Buxarest-Bakı-Buxarest marşrutu üzrə uçuşlara başlamaq niyyətindədir.

Bu barədə Turizm.fins.az "Report"a istinadən xəbər verir. 

Məlumatda deyilir ki, aviaşirkət Bakı ilə yanaşı, Odessa (Ukrayna), Tbilisi (Gürcüstan) və Yerevana (Ermənistan) reyslər yerinə yetirməyi planlaşdırır. Bunun üçün TAROM "Airbus 318" markalı 2 yeni sərnişin təyyarəsi almaq istəyir. 

Uçuşlara bu ilin sonuna qədər başlanılması nəzərdə tutulur. Hazırda bununla bağlı danışıqlar gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır