Kubada 12 gün - Vinales, Havana və Trinidad
27 MAY
850

Kubada 12 gün - Vinales, Havana və Trinidad

Kubada 12 gün keçirdim. 1) Ən bəyəndiyim yeri Vinales oldu. Turistlərin ən az olduğu, turistik abu-havadan ən uzaq, Kubanın ən çox hiss edildiyi yer idi. Əvvəl kənd olub, sonra qəsəbəyə çevrilib, amma yaşayış şərtlərini nəzərə alsaq kənd adlandlrmaq olar. Kənd öz-özlüyündə elə “görməli yer” dir, vaxt keçirmək üçün xüsusi harasa getməyə ehtiyac yoxdur. Sahil çox uzaq olsa da ən gözəli idi Kubada. Atla gəzinti hər şeyə dəyər. Milli parkda mütləq atla gəzinti götürülməlidir məncə. Mənim atımın adı “Lemonada” idi. Şirin kartof. siqar plantasiyalarına getmək üçün ən ideal yerdir. Ən yaxşı siqarı ordan almaq mümkündür. Ən yaxşı “Casa de musica”, yəni musiqi evi və salsanı öyrənmək üçün ən professional yerlilər Vinalesdədir.

Getdiyim digər iki şəhər: Havana və Trinidad da çox gözəl idi. Havanada sahil gözəldir, Trinidad sahil baxımından Havana və Vinalesə çatmır. Trinidadda gediləcək ən gözəl məkanlar şəlalələridir. Tura əvvəl qəhvə plantasiyasına getmək, sonra isə şəlaləyə dırmanmaq daxildir. Trinidad ən turistiki idi aralarında. Türkiyənin İzmir, Antalyasına bənzəyir, amma mərkəzdən 5 dəqiqə uzaqlaşmq kifayət edir ki, turistlərin olmadığı kasıb və maraqlı küçələr gözə dəysin. Ən ucuz və ən gözəl restoranı San Jose dir mərkəzdə. salsa oynamaq və izləmək üçün yenə ən gözəl məkan hər üç şəhərdə ” Casa de musica” dır. Salsanın və ümumilikdə latino musiqinin hər növünü görə bilərsiniz. Jazz-salsa, rock-salsa və s. Havanada teatr binasının altında salsa məkanı var. Musiqiçilər və rəqqaslar çox professionaldır. Modern rəqs üçün maraqlı məkan Trinidad mağarasıdır. Kimdən soruşsanız deyər.

Havanadakı otellər üçün bu linkə baxın (check this link for hotels in Havana)

Kuba Mojitonun vətəni olsa da, Coco-Loco (Kokos içində kokteyl) nə qədər məşhur olsa da məncə ən dadlı kokteyl Pinocoladadır.

Trinidaddakı otellər üçün bu linkə baxın (check this link for hotels in Trinidad)

Verilə biləcək digər sualları indidən cavablandıraraq deyim ki, Kuba səyahətinə bilet xaric çox az pul xərclədim, çünki hər şeyi planlamışdım ən qənaətcil, amma gözəl şəkildə. Heç bir tur şirkəti ilə getməmişəm, biletləri Polşada yaşadığım üçün Varşavadan Amsterdam və dönüşdə Paris tranziti ilə almışam. Ən çox pulum şəhərlərarası və s. taksilərə çıxdı, lakin, kollektiv taksidə digər insanlarla yol hər şeyə dəyərdi. Ümumilikdə, 12 günə camaatımızın Antalya tərz yerlərdə xərclədikləri puldan daha azını xərclədiyinə inanıram, yəni qorxmağa dəyməz. 3 padruqa getmişdik, amma tək də getsəm təhlükəli olmazdı, yəni təhlükəli ölkə deyil. Və sonda ən önəmli amil-insanlar möhtəşəm idi. İnsanlarını bəyənmədiyim üçün getmək istəmədiyim ölkələr var. Hər halda Kubada nə qədər gözəl şey görsəm də, ən gözəli insanlar idi. Hər kəsə belə gözəl insanları tanımaq üçün Kubaya getməyi məsləhət görürəm, çünki Azərbaycanda biz uşaqkən mövcud olan abu-hava: wi-fi -ın olmadığı, hər kəsin küçələrdə oturub qonşularla söhbət etdiyi anlar orda hələ də yaşayır. Və yaxşı turist olun: əksəriyyəti təşkil edən alman və fransız turistlər kimi sakitcə oturub konsertə baxmaqdansa qalxın rəqs edin, salsa öyrənin, ispanca öyrənin və yerlilər sizi bizdə olduğu kimi az qala ağlayaraq yola salacaq.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır