Ərəb biznesmen Bakıdakı məşhur hoteli aldı
11 İYUN
3712

Ərəb biznesmen Bakıdakı məşhur hoteli aldı

Azərbaycan qanunvericiliyi ölkə ərazisində xarici vətəndaşlara torpaq sahələrini almağa imkan vermir və yalnız icarəni nəzərdə tutur

Küveytli investor Bakıda yerləşən "Monolit Plaza" lüks hotelini alıb.

Turizm.fins.az Trend-ə istinadən xəbər verir ki, hotelin yaxınlarda adı dəyişdirilə bilər: "Ümumilikdə, investor Qəbələdə yeni hotel və ticarət mərkəzi tikməyi planlaşdırır. O, həmçinin, Bakıda torpaq sahəsini icarəyə götürüb".

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi ölkə ərazisində xarici vətəndaşlara torpaq sahələrini almağa imkan vermir və yalnız icarəni nəzərdə tutur. Əcnəbilərə kənd təsərrüfatı istehsalı üçün icarəyə götürülən torpaq sahəsinin maksimum icarə müddəti 10-15 ildir, digər məqsədlərlə götürülən sahələrə — 99 il.

Eləcə də bax: Ramazan Bayramında Türkiyə və Batumiyə avtobusla səyahət neçəyədir?– QİYMƏTLƏR

Daha öncə, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edib ki, ərəb investorlar Azərbaycanda turistik daşınmaz əmlaka marağı artırıblar. Ağakərimov deyib ki, onların diqqətini təkcə Bakı deyil, həmçinin regionlar da cəlb edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır