Bakı-Moskva aviareysinin təxirə salınmasının səbəbi məlum olub
02 İYUL
421

Bakı-Moskva aviareysinin təxirə salınmasının səbəbi məlum olub

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün saat 10:00-da həyata keçirməli olan 852 saylı Bakı-Moskva reysinin təxirə salınmasının səbəbi məlum olub. 

"Report" xəbər verir ki, uçuşun baş tutmaması onu yerinə yetirəcək "Boing" markalı təyyarədə texniki nasazlığın yaranması ilə bağlıdır.  

Bir qədər əvvəl AZAL-ın nümayəndələri təyyarının havaya saat 13:00-da qalxacağını bildirsələr də, aviareys yenidən təxirə alınıb. Hazırda təyyarədə təmir işləri aparılır. 

Xatırladaq ki, aviareys Heydər Əliyev Beynəlxalq Aeroportundan Rusiya paytaxtının Domodedovo Beynəlxalq Hava Limanına həyata keçirilməli idi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır