AZAL-dan gecikmələrlə bağlı - AÇIQLAMA
03 İYUL
220

AZAL-dan gecikmələrlə bağlı - AÇIQLAMA

Azərbaycanda elektrik enerjisi təchizatı ilə bağlı yaranan problem Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə mənfi təsir etməyib.

Bunu “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, aeroportda generatorlar vasitəsilə uçuşlar təmin edilib:

“İşıq keçən kimi dərhal generatorlar qoşulub. Hava limanı ştat rejimdə işləyib”.

Qeyd edək ki, “Flightradar24” AZAL-a məxsus Bakı-Naxçıvan və Bakı-Berlin, “Türk Hava Yolları”na məxsus Bakı-İstanbul, aviareyslərində gecikmələr qeydə alınıb. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır