Dubay çimərliklərində qadın xilasedicilər çalışacaq
11 İYUL
159

Dubay çimərliklərində qadın xilasedicilər çalışacaq

Dubayın ictimai çimərliklərində tamamilə qadınlardan ibarət xilasedicilər qrupu fəaliyyət göstərəcək.

Turizm.fins.az yerli KİV-lərə istinadla xəbər verir ki, hazırda bu sahədə 12 qadın təlim keçir, lakin Dubay polisi bu ilin sonunadək onların sayının 16-ya çatdırılmasını planlaşdırır.

Qeyd olunur ki, əmirliyin yeddi ictimai çimərliyində 100 peşəkar xilasedici çalışır və ilkin yardım edilməsi üçün 30 stansiya fəaliyyət göstərir.

Hazırda Dubayda çimərliklərdə təhlükəsizlik kampaniyası aparılır və polis əməkdaşları vətəndaşlara təhlükəsizlik qaydalarını izah edir. Polisdən daxil olan məlumata görə, 2016-ci ildə suda batanların sayı 35 nəfər, 2017-ci ildə isə 28 nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır