Yay mövsümündə Tiflisə neçəyə getmək olar? – qatar, təyyarə, avtobus - QİYMƏTLƏR
13 İYUL
1983

Yay mövsümündə Tiflisə neçəyə getmək olar? – qatar, təyyarə, avtobus - QİYMƏTLƏR

Yay mövsümündə  vətəndaşların bir çoxu məzuniyyət götürərək istirahətə yollanırlar. Bir çoxları isti yay günlərini ölkə daxilində bölgələrdə qeyd etməyə üstünlük versələr də bəzi insanlar istirahət etmək üçün qonşu ölkələrə üz tuturlar. Bildiyimiz kimi bir çox azərbaycanlı turistlərin üstünlük verdiyi şəhərlərdən biri də Tiflisdir. Bütün bu sadalananları nəzərə alaraq Turizm.fins.az Bakıdan Tiflisə müxtəlif nəqliyyat vasitələrində səfərlərin qiymətlərini öyrənib. 

Belə ki, avtovağzaldan Tiflisə biletin qiyməti bir nəfər üçün 12 manat, təşkil edir. Tiflisə avtobuslar hər gün saat 21:00; 23:00 və 23:50-də yola düşürlər. Tiflisə qatarla qiymətlər isə  plaskartda 22.86 manata, kupedə 33.5 manat, SV-də 56.91 manatdır. Tiflis qatarı hər gün 21:50- Bakı dəmiryolu vağzalından yola düşür. Yox əgər yerüstü nəqliyyatda çox vaxt sərf etmək istəmirsizsə o zaman “ButaAirways”dən iyul ayında 97 manata avqustda isə 57 manata, AZAL-dan isə 180 manata bilet almaqla səfərə çıxa bilərsiz.

Xatırladaq ki, istər qatar istərsə də təyyarə biletlərinin qiymətləri tarixlərə görə dəyişir.

Eləcə də bax: Nabranın “Atlant Holiday Village” istirahət mərkəzində 5 günlük istirahət - CƏMİ 160 MANAT

Eləcə də bax: Dalga Beach - istirahət mərkəzində həftə içi və həftə sonu qiymətlər - ƏTRAFLI

Eləcə də bax: Amburan Beach Club - Həftə içi və həftə sonu qiymətlər neçəyədir?

Eləcə də bax: My Beach Novkhanı - istirahət mərkəzində həftə içi və həftə sonu qiymətlər - ƏTRAFLI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır