AZTA-dan təklif : Çinə viza verilməsi sadələşdirilsin
13 İYUL
551

AZTA-dan təklif : Çinə viza verilməsi sadələşdirilsin

Azərbaycan  Turizm Assosiasiyasi  və  Dillər  Universitetinin   nəzdində   Konfutsi   İnstitutu  Qarşılıqlı Əməkdaşlıq Haqqında Memorandum imzaladılar.

Memorandumu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və  Konfutsi  İnstitutunun Çin tərəfindən direktoru Li Tszixua imzalayıb.

İmzalanmış Memorandumun əsas məqsədi AZTA və Universitet arasında turizm sahəsində kadr potensialının inkişafına birgə töhfə verməkdən ibarətdir, belə ki, universitetin mütəxəssisləri assosiasiyanın təşkil etdiyi bələdçı kurslarının Çin dilində keçirilməsinə yardım edəcəklər.

İmzalanma mərasımındə Çinin Azərbaycandakı səfirliyinin rəsmi  nümayəndəsi və Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov da iştirak edib.   Görüşdə iki ölkə arasında dostluq münasibətlərinin qorunması  və dərinləşməsi üçün turizmin bir vasitə olduğu qeyd olunub.  Tərəflər həmçinin turizm  sahəsində   kadr   təminatı, elmi tədqiqatların aparılması, Çin bazarında Azərbaycan turizm məhsullarının və Azərbaycan bazarında Çin turizm məhsullarının təşviqi, iki ölkənin turizm-rekreasiya   komplekslərinin   inkişafına   yardımın göstərilməsi və  turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması haqqında müzakirələr aparıblar.

Azərbaycan Turizm Assosiasiyası həmçinin, AZTA-ya üzv olan şirkətlər üçün Çin səfirliyində viza qeydiyyatının aparılması prosedurlarının sadələşdirilməsını təklif edib. Səfirlik nümayəndəsi məsələnin Çin tərəfi ilə müzakirə olunacağna söz verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır