“THY” sərnişinlərin üstünlüklərinin son tendensiyaları üzrə keçirdiyi tədqiqatının nəticələrini təhlil edir
18 İYUL
225

“THY” sərnişinlərin üstünlüklərinin son tendensiyaları üzrə keçirdiyi tədqiqatının nəticələrini təhlil edir

“Türk Hava Yolları” aviaşirkəti uçuşdan əvvəl və sonra, həmçinin uçuş zamanı sərnişinlərin məmnuniyyətinindaimi əsasda tədqiqatını davam edir. “Turkish Airlines Aviation Trends” adlı son tədqiqat çərçivəsindəmarketinq tədqiqatları sahəsində lider olan  “Nielsen” şirkəti son iki il ərzindəən azı bir dəfə təyyarə ilə səyahət edən 18 və daha yuxarı yaşlı8 150 respondenti onlayn sorğuya cəlb edib. Çin, Fransa, Almaniya, Hindistan, Yaponiya, CAR, İsveç, BƏƏ, Böyük Britaniya və ABŞ-dan olan respondentlər 2018-ci ilin fevralın 16-dan 26-dək sorğuda iştirak ediblər.

Texnologiya baxımından mümkün olanlar həmişə sərnişin tərəfindən müsbət qarşılanmır. Məsələn, Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, İsveç və Almaniyadan olan respondentlərin əksəriyyəti aviaşirkətin uçuş zamanı mobil telefondan istifadəicazəsininəleyhinə çıxış edir. Böyük Britaniyada sorğuda iştirak edənlərin 48%-dək, Almaniyada isə respondentlərin 36%-dən çoxu icazənin leyhinə səs verib. Sərnişinlərin fikrincə, telefonlar onlara mane olacaq (ABŞ – 89%, Yaponiya – 93%), həmçinin, onlar əmin deyillər ki, uçuş zamanı daim əlaqədə olmaq lazımdır (Almaniya – 69%). Lakin uçuş zamanı mobil telefondan istifadəsinə müsbət yanaşanların faizi Hindistanda (73%), Çində (70%) və BƏƏ-də (63%) xeyli yüksəkdir. Orta hesabla respondentlərin 51%-i qərarın leyhinə səs verib.

Sorğu göstərib ki, rahat yerləşdirilmə eləcə də pulsuz və sürətli internet sərnişinlərin təyyarə uçuşlarının gələcəyi ilə bağlı ən əhəmiyyətli arzularıdır. Bu göstəriciləri seçənlərin payı əvvəlki sorğu ilə müqayisədə xeyli artıb. Yuxu üçün fərdi yerlərin mövcudluğu mülki aviasiya gələcəyi sahəsində arzular siyahısında üçüncü yeri tutur. Əldə olunan nəticələri şərh edən “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcrayyət Komitəsinin sədri İlker Aycı bildirib: “Bizim ənənəvi qonaqpərvərliyimiz sərnişinlərimizə əla uçuş təcrübəsi təmin etmək və onların səyahətini unudulmaz etməyə imkan verir. Biz mülki aviasiya sahəsində son tendensiyaları və innovasiyaları diqqətlə izləyirik. “Global Aviation Trends 2017” sorğusunun nəticələri bizim bu sahədə dünya lideri olmağımızı bir daha təsdiqləyir”.

“Kimin tövsiyəsinə etibar etmək olar?” sualında sərnişinlər ilk növbədə öz təcrübəsinə (70%) arxayındır. Dost və tanışların (57%), həmçinin, səyahət saytlarının məsləhətləri (40%) ikinci və üçüncü yerləri tuturlar.

Təəcüblüdür ki,qitələrarası uçuş üçün birbaşa reys olmadıqda sərnişinlərin xeyli faizi(36%)ən yaxın hava limanından uçmağa və xarici hava limanında təyyarə dəyişməyə üstünlük verəcək, nəinki qatar, avtobus, avtomobil və ya daxili reyslər vasitəsilə ölkənin iri aviamərkəzinə çatıb, oradan birbaşa uçuşlarar həyata keçirmək (42%). Fransada ən yaxın hava limanından uçmağa və iri xarici hava limanında təyyarə dəyişməyə üstünlük verənlərin sayı (43%) hətta öz ölkələrindən səyahət etməyi seçənlənlərdən çoxdur (32%).

Sərnişinlərin əksəriyyəti(69%) qiymətə bütün xidmətlər dəstinin daxil olmasına üstünlük verir, nəinki yalnız baza qiyməti. Bu, xüsusilə, CAR, İsveç və Hindistan sərnişinləri və sayı getdikcə çoxalan yaponlar və amerikalılar üçün səciyyəvidir. Rahatlıq – “hər şey daxil” opsiyasının seçiminə üstünlük verilməsinin əsas səbəbidir (72%), xüsusilə, Hindistanda (91%), Çində (78%) və CAR-da (78%). Sərnişinlər təyyarəyə minik gözləməsi zamanı ləngimələr və onların səbəbləri haqqında vaxtında məlumatlandırılmağa (95%), ləngimə halında aviaşirkətin nümayəndəsinin iştirakına (87%), noutbuk və mobil telefonu pulsuz doldirmaq üçün dayaqların mövcudluğuna (87%) xüsusi əhəmiyyət verir.

Uçuş zamanı salonda və tualet otaqlarında təmizlik bütün ölkələr üzrəsərnişinlər arasında ən əsas arzudur (96%). Salonun təmizliyindən sonra dərhal mehriban və diqqətli personal (94%), eləcə də qida və içkilərin (94%) keyfiyyəti durur. Su içmək imkanı (90%) sərnişinlərin təyyarənin göyərtəsində gözləmələri arasında üstünlük təşkil edir. Sağlam qidalanmanın mövcudluğu da vacibdir (83%). Bu tələblərin hər ikisi Hindistan və BƏƏ üçün daha əhəmiyyətlidir.

Uçuş başa çatdıqdan sonra baqajitirildiyi halda onun ünvana etibarlı çatdırılması olduqca vacibdir (92%), xüsusilə, CAR (96%), Çin (95%) və BƏƏ (94%) üçün. Sərnişinlər əvvəlki səyahətləri zamanı salonun təmizliyinə (91%), həmçinin, heyətin səriştəsinə və davranışına (91%) daha çox diqqət yetirirdilər. Daha sonra salonun kifayət qədər işıqlandırılması (91%), ərzaqların keyfiyyəti (75%) və kresloların rahatlığı (72%) gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır