“Buta Airways”-ə sərnişin daşımaları ilə bağlı suallara - CAVAB
19 İYUL
597

“Buta Airways”-ə sərnişin daşımaları ilə bağlı suallara - CAVAB

Son zamanlar aşağı büdcəli “Buta Airways” aviaşirkətinin təyyarələri ilə Türkiyə kurortlarına sərnişin daşımaları ilə bağlı turizm şirkətlərinə suallar daxil olur.

Bununla əlaqədar qeyd etmək istərdik ki, həmin təyyarələr “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin çarter proqramı çərçivəsində istismar oluna bilər. Hazırda AZAL tərəfindən Boeing 787 Dreamliner, Boeing 767, Boeing 757, Airbus A340, Airbus A320, Airbus A319, Embraer 190 və Embraer 170 tipli müasir hava gəmiləri istismar olunur. Aviaşirkət bütün istiqamətlərdə təyyarə tipini sərnişinlərin sayından asılı olaraq sərbəst formada seçə bilər. Qeyd etmək lazımdır ki, çarter proqramları çərçivəsində istifadə olunan “Buta Airways” aviaşirkətinin yeni Embraer 190 və Embraer 170 təyyarələrində ödənişsiz baqaj, əl yükü, isti yemək və s. daxil olmaqla, “Azərbaycan Hava Yolları”nın standartlarına uyğun tam xidmət təqdim edilir.

Eləcə də bax: Nabranın “Atlant Holiday Village” istirahət mərkəzində 5 günlük istirahət - CƏMİ 160 MANAT

Eləcə də bax: "Şəki Park" hotelində 2 nəfərlik qonaqlama - 70 MANAT

Eləcə də bax: Nar & Şərab – İstirahət mərkəzinə həftə ərzində giriş neçəyədir? – QİYMƏTLƏR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır