11 manata turizm şirkəti açın - "Addım-addım qaydalar"
23 İYUL
283

11 manata turizm şirkəti açın - "Addım-addım qaydalar"

Turizm İnformasiya Agentliyindən Fins.az-a verilən məlumata görə, hazırda ölkəmizdə 1500-ə yaxın turizm şirkəti var. Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri qeydiyyata alınmadığından onların sayı barədə dəqiq məlumat söyləməkdə bir qədər çətindir.  Bu rəqəmlər günü-gündən artmaqdadır. Marağın artmasına nümunə kimi yeni şirkətin açılması ilə bağlı redaksiyamıza daxil olan sualları göstərmək olar. Elə bundan irəli gələrək , Fins.az yeni turizm şirkətini açmaq üçün lazımı sənədlərin siyahısını öyrənib. Məlumat üçün bildirək ki, MMC yaratmaq üçün qeydiyyatdan keçən zaman yalnız 11 manat dövlət rüsumu ödənilir. Şirkətin nizamnamə kapitalını isə sahibkar istədiyi məbləğdə formalaşdıra bilər. 

Yeni turizm şirkəti MMC açmaq üçün ilk npövbədə Vergilər Nazirliyində  dövlət qeydiyyatına alınmaq lazımdır. Bunun üçün aşağıdakı sənədləri toplamaq lazımdır.

Yerli investisiyalı kommersiya qurumunun dövlət qeydiyyatına alınması (təhsil müəssisələri istisna olmaqla)

- notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”

- “Təsisçi-fiziki şəxslər barədə məlumat

-  təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqələrinin surəti

- “Təsisçi-hüquqi şəxslər barədə məlumat

 - təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti

- qurumun təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə

- qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərar (qərarlar)

- “Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat” (yenidən təşkil nəticəsində yaradılan kommersiya hüquqi şəxs üçün)

- “Müşahidə şurasının üzvləri barədə məlumat” (kommersiya qurumu cəmiyyət olduqda və ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə))

Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə)

- qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti

- hüquqi ünvanını təsdiq edən sənəd

- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz)

- məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və s.)

- nizamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi

- ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi

- etibarnamə (ərizə vəkil etdiyi şəxs tərəfindən imzalandıqda)

- bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq olaraq Mərkəzi Bankın, Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin müvafiq orqanının ilkin razılığını təsdiq edən sənəd.

Kommersiya qurumunun onlayn qeydiyyatı

- Gücləndirilmiş elektron imza

- yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı zamanı təsisçinin tərtib etdiyi nizamnamənin seçilməsi halında nizamnamə

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı dərhal, adi elektron dövlət qeydiyyatı isə 1 gündən gec olmayaraq həyata keçirilir.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün Vergilər Nazirliyinin “İnternet vergi idarəsi”ndə yerləşdirilmiş elektron ərizə forması doldurularaq gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununa müvafiq olaraq Azərbaycan Respublikasında hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır. (“Onlayn kargüzarlıq” internet səhifəsindən istifadə TƏLİMATI)

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin adi elektron dövlət qeydiyyatı.

 

Yuxarıda  qeyd edilən sənədlər Vergilər Nazirliyinə tədim edildikdən sonra turizm şirkəti artıq fəaliyyətə başlaya bilər. Lakin şirkətin daha da dayanıqlı olması və müştəriləri üçün daha ucuz qiymətə turlar təklif etməsi üçün hansı qaydallara əməl etmək lazımdır?  Fins.az-ın bu sualına cavabı Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin üzvü Göydəniz Qəhrəmanov cavablandırıb. 

Əvvəllər qeydiyyatdan keçməklə yanaşı lisenziya da almaq lazım idi. Lakin indi bunların heç birinə ehtiyatac yoxdur. Vergilər Nazirliyində qeydiyyatdan keçdikdən sonra işə başlamaq olar. Nazirlikdə qeydiyyatdan keçən zaman qeyd olunmadır ki, həmin MMC turizm xidməti ilə məşğul olacaq deyə Göydəniz Qəhrəmanov bildirib. 

Turizm şirkətləri Ayata almalıdırlarmı?

Bu növbəti addımdır. Ayatanın qanunlarına görə, bir il turizm şirkəti fəaliyyət göstərməlidir. Məlumat üçün onu deyimki Ayata dünyada turizm fəaliyyəti ilə məşğul olan qurumları birləşdirən bir assosiasiyadır. Bura üzv olan turizm şirkətləri daha da çox imkanlar əldə edirlər. Bu zaman hava yolları və otellərlə daha sıx əlaqə qura bilirlər.

Eləcə də bax: Bakıda “Diskoteka Muz-TV” adlı tədbirə sizdə qatılın - ƏTRAFLI

Eləcə də bax: Bakıda ilk dəfə möhtəşəm "BURN FEST" keçiriləcək

Ayatanın alınamsı üçün turizm şirkəti ən azından bir il fəaliyyət göstərməlidir. Daha sonra Ayataya lazımı sənədləri təqdim etmək olar. Sənədlərin siytahısını online olaraq qurumun özündəndə öyrənmək olar. Bu sənədlər toplandıqdan sonra Ayatanın xaricdə yerləşən baş ofisinə göndərilir. Qeydiyyata alınma 2-3 ay davam edir. Əgər şirkət standartlara uyğundursa qeydə alınır. Bu zaman xüsusi rüsum ödənilir. Bu rüsum ödənildikdən sonra həmin şirkət Ayataya üzv olur. Bu qurumun bizdə ofisi yoxdur və yazışma yalnız online həyata keçirilir. Baş ofisləri isə İsveçrədə yerləşir. Lakin bu qurum bölgə üzrə ofisləri bölünüb. Azərbaycan Madriddə yerləşən ofisə bağlıdır. Xarici turları təşkil etmək üçün isə ayata olmasa da etmək mümükündür. Daha  ucuz xarici turlar almaq üçün xarici patnyorlarla müqavilə imzalanmalıdır. Bu zaman turizm sərgilərindən yararalanmaq olar.  Daha sonra bu müqavilə əsasında işlənilir. Ən yaxşı hallardan biri budur deyə assosiasiya üzvü qeyd edib. 

Ümumiyyətlə rəqabətli qiymətlər əldə etmək üçün turizm şirkətləri daim axtarışda olmalıdırlar. 

Eləcə də bax: Yayınızı "Aysberq Resort Hotel" ilə keçirməyə tələsin - QİYMƏTLƏR

Elə online məhsullar var ki, yalnız B2B şəkildə turizm şirkətlərinə təqdim edilir. Bu zaman turizm şirkətinin işçisinə login, parol verilir və nümayəndə daxil olub reserv edir. Lakin bu iki şirkət arasında olan xüsusi bir anlşamadır.

Müəllif: Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır