Azərbaycan Türkiyə ilə şəhərlərarası sərnişin aviareyslərinin sayını 3 dəfə artırıb
25 İYUL
203

Azərbaycan Türkiyə ilə şəhərlərarası sərnişin aviareyslərinin sayını 3 dəfə artırıb

Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında görüş keçirilib.

Tibb.fins.az Nazirliyə istinadən verdiyi xəbərə görə, görüş zamanı iki qardaş ölkə arasında hava əlaqəsinin liberallaşdırılması məsələsi müzakirə edilib.

Aparılmış danışıqlar nəticəsində tərəflərin ərazisindəki şəhərlərarası sərnişin reyslərinin sayı təxminən 3 dəfə (həftədə 45 reysdən 127 reysədək) artırılıb. Uçuş hüququ Azərbaycanın və Türkiyənin bütün aviaşirkətlərinə şamil ediləcək.

Eləcə də bax: 55 manatınız varsa "Şəhərdən kəndə köç" edin 

Bundan əlavə, tərəflər “Hava əlaqəsi haqqında” yeni Saziş layihəsinin müzakirəsinə başlamaq barədə razılığa gəliblər. Həmin Saziş imzalandıqdan sonra qüvvədə olan 1992-ci il 2 may tarixli “Hava Nəqliyyatı haqqında Hökumətlərarası Saziş”i əvəz etməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır