Almanlar kimlərə Şengen vizası vermir?
26 İYUL
668

Almanlar kimlərə Şengen vizası vermir?

2008-2017-ci illərdə 130.878 azərbaycanlı turist kimi Almaniyaya səyahət üçün Şengen vizası ilə bağlı müraciət edib. 

Turizm.fins.az DW nəşrinə istinadla xəbər verir ki, bununla bağlı Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Nəşrin məlumatına görə, postsovet ölkələri arasında Almaniyaya rahatlıqla turist vizası alanlar ruslar və belaruslar olub. Vizanın verilməsində ən çox imtina alan ölkələr Ermənistan və Mərkəzi Asiya ölkələridir. 

Belə ki, hesabat dövründə viza üçün 120.490 erməni müraciət edib. Onlardan 8,4 %-i mənfi cavab alıb. Müraciət edən azərbaycanlıardan isə 5,6 faizinə (130.878 nəfərə) “yox” cavabı verilib ki, bununla ölkəmiz reytinqdə 4-cü yerdə qərarlaşıb. 

Turist vizası verilməsi zamanı ən az mənfi cavab alan ölkə Belarusdur. 634.806 müraciətdən cəmi 1 faizinə “yox” cavabı verilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır