Gürcüstana səfər edənlər arasında azərbaycanlılar liderdir
06 AVQUST
287

Gürcüstana səfər edənlər arasında azərbaycanlılar liderdir

Son yeddi ayda Gürcüstana edilən beynəlxalq səfərlərin çox hissəsi Azərbaycandan həyata keçirilib.

Turizm.fins.az xəbər verir ki, bununla bağlı Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze məlumat verib. 

Azərbaycandan sonra bu siyahıda Rusiya, Türkiyə və Ermənistan gəlir. 

Son yeddi ayda Gürcüstana səfər edənlərin sayı 4 mln. 600 min olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artım deməkdir. 

Gürcüstana gələnlərin əksəriyyəti quru və hava nəqliyyatından istifadə edir. 

Son yeddi ayda əcnəbi turizmdən gələn gəlir 1 mlrd. 700 mln. dollar təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 28,9 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır