Turistlər təkərli evlə Azərbaycana gəlir - FOTO
10 AVQUST
896

Turistlər təkərli evlə Azərbaycana gəlir - FOTO

Rusiyadan olan ailə təkərli ev üzərində səyahətə çıxıblar. Onlar ilk növbədə Azərbaycana, daha sonra Gürcüstan və Türkiyəyə səfər edəcəklər. 

Turizm.fins.az xəbər verir ki, Həştərxan sakinləri Kseniya və Andrey Şuşko monoton həyatdan imtina edib və şəxsi avtomobilləri ilə səfərə çıxmaq qərarına gəliblər.

Onlar səfərə azyaşlı oğullarını da götürüblər. Ötən il və bu il Şuşko ailəsi Asiyaya səfər edib, sonra Həştərxana geri qayıdıblar. Həştərxanlılar səfərlərdən yorulmayıb, geri qayıdaraq, təkərli ev düzəldiblər. 

Eləcə də bax: Dağların ətəyindəki "AFRA" hotelində üç nəfərlik istirahət - CƏMİ 100 MANAT 

Şuşko köhnə UAZ-452 avtomobili alıb və onun içərinə stol, çarpayı və digər lazımi avadanlıqlar yerləşdirib. 

Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır