Türk Hava Yollarından ABŞ qərarı
14 AVQUST
658

Türk Hava Yollarından ABŞ qərarı

Türk Hava Yolları (THY) ABŞ şirkətlərinə reklam verməyəcək.

Turizm.fins.az xəbər verir ki, Türk Hava Yollarının mətbuat müşaviri Yəhya Üstün, "Türk Hava Yolları olaraq dövlətimizin və millətimizin yanında yer alırıq. Məsələ ilə bağlı lazımi təlimatlar orqanlarımıza verilmişdir" deyib.

ABŞ və Türkiyə münasibətləri arasında gərginlik davam edərkən "Türk Telekom" şirkəti də ABŞ-da reklam verməyi dayandırmaq qərar verib.

Eləcə də bax: Yayın sonlarında Nabranın “El Faro” istirahət mərkəzində qiymətlər neçəyədir? - ƏTRAFLI

Eləcə də bax: Qubada macəra dolu istirahətinizi "Macara Lake Park"da keçirin - 60 MANAT / FOTO

"Türk Telekom"un İctimaiyyətlə Əlaqələr direktoru Hamdi Ateş  "Türk Telekom ailəsi olaraq biz də ABŞ-a reklam vermə kampaniyasına daxil olur, dövlətimizin və millətimizin yanında yer alırıq. Məsələ ilə bağlı lazımi təlimatlar orqanlarımıza verilmişdir" ifadəsini istifadə edib.

Sosial mediada başlanılan "#ABDyeReklamVerme" kampaniyası ilə ABŞ şirkətlərinə verilən reklamların kəsilməsi tələb edilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır