Hotellər üçün müəyyənləşdirilən qaydalar onlayn səyahət agentliklərinə də tətbiq edilə bilər
14 AVQUST
328

Hotellər üçün müəyyənləşdirilən qaydalar onlayn səyahət agentliklərinə də tətbiq edilə bilər

“Çalışacağıq ki, hotellərə tətbiq olunan qaydalar booking.com və airbnb.ru kimi onlayn səyahət agentliklərinə də tətbiq olunsun”.

Turizm.fins.az “Report”a istinadən xəbər verir ki, bunu “HOTREC – Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai deyib.

O, qeyd edib ki, təmsil etdiyi qurum hotelçilik sahəsində Avropa qaydalarını tətbiq etməyə çalışır: “Avropa İttifaqı yeni qaydalar qoyub və bu, turizmə birbaşa təsir göstərir. Hazırda Avropa Komissiyası ilə bir neçə problemlə bağlı danışıqlar aparılır. Bunlar booking.com və airbnb.ru kimi biri onlayn səyahət agentlikləridir. Otellərə tətbiq olunan vergilər bu agentliklərə tətbiq olunmur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır