AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir
15 AVQUST
264

AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir

28 oktyabr 2018-ci il tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri bərpa edəcəkdir. Turizm.fins.az xəbər verir ki, AZAL aviaşirkətinin reysləri baqajın, əl yükünün ödənişsiz daşınması və qidalanma daxil olan klassik daşıma sxemi üzrə həyata keçiriləcəkdir. 

Qeyd edək ki, 2017-ci ilin sentyabr ayından bu marşrut üzrə uçuşlar yalnız “AZAL” QSC-nin  struktur bölməsi olan “Buta Airways” aşağıbüdcəli  aviaşirkəti tərəfindən həyata keçirilirdi. 

“AZAL” aviaşirkətinin J2-223/J2-224 reysləri Airbus A319 / A320 tipli hava gəmiləri vasitəsilə həftənin çərşənbə axşamı və bazar günləri həyata keçiriləcəkdir. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcəkdir. 

“AZAL” aviaşirkətinin  “Klassik” reysləri sərnişinlərə milli aviadaşıyıcının marşrut şəbəkəsinə daxil olan digər şəhərlərinə tranzit uçuşları daha rahat planlaşdırmaq imkanı verəcək, həmçinin iş adamlarına adətən aşağıbüdcəli  reyslərdə nəzərdə tutulmayan biznes-sinifdə yer əldə etmək imkanı yaradacaqdır.

Eləcə də bax: Yayın sonlarında Nabranın “El Faro” istirahət mərkəzində qiymətlər neçəyədir? - ƏTRAFLI

Eləcə də bax: Qubada macəra dolu istirahətinizi "Macara Lake Park"da keçirin - 60 MANAT / FOTO

Eləcə də bax: Dağların ətəyindəki "AFRA" hotelində üç nəfərlik istirahət - CƏMİ 100 MANAT 

Eləcə də bax: Qubada yerləşən "Alma Bağı Hotel and Villas"da 5 nəfərlik istirahət - CƏMİ 250 MANAT

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır