Gürcüstan bu ilin əvvəlindən turizmdən 2 mlrd. dollara yaxın gəlir əldə edib
21 AVQUST
299

Gürcüstan bu ilin əvvəlindən turizmdən 2 mlrd. dollara yaxın gəlir əldə edib

Gürcüstan bu ilin yanvar-iyul aylarında turizmdən 1,7 mlrd. ABŞ dolları məbləğində gəlir əldə edib. 

Turizm.fins.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, 7 ay ərzində Gürcüstana 4,6 mln. nəfər səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% çoxdur. 

Gürcüstana ən çox turist Azərbaycandan (1 il əvvələ nisbətən 10,4% çox), Rusiyadan (24,1% çox) və Türkiyədən (20,4% çox) gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır