Azərbaycandan Gürcüstana səfər edənlərin çoxu əvvəllər bu ölkədə olmuş şəxslərdir
12 SENTYABR
194

Azərbaycandan Gürcüstana səfər edənlərin çoxu əvvəllər bu ölkədə olmuş şəxslərdir

Bu ilin II rübündə Azərbaycandan Gürcüstana səfər edənlərin 95,5%-ni bu ölkədə əvvəl olmuş şəxslər təşkil edib. 

Turizm.fins.az verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının araşdırmasında bildirilir.

Araşdırmaya əsasən, hesabat dövründə azərbaycanlı turistlərin yalnız 4,5%-i Gürcüstana ilk dəfə səfər edib. Azərbaycandan olan turistlərin gecələmə sayı orta hesabla 1,9 gün təşkil edib.

Ümumiyyətlə, aprel-iyun aylarında Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin 70,4%-i bu ölkəyə təkrar səfər edib. Hesabat dövründə 496 840 nəfər Gürcüstanda ilk dəfə səfərdə olub.

Rüb ərzində Gürcüstana gələnlərin 53%-i Tbilisiyə, 28%-i Batumiyə, 13%-i isə Mtsxetaya səfər edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır