Neapolda restoran sahibi 13 min avronu turistə qaytarıb
20 SENTYABR
496

Neapolda restoran sahibi 13 min avronu turistə qaytarıb

İtaliyanın Neapol şəhərində turist qadın pul kisəsini restoranlardan birində unudub.

Turizm.fins.az RİA "Novosti"yə istinadən xəbər verir ki, müəssisə sahibi Enriko Skettinonun sözlərinə görə, qadın onun restoranına uçuşdan öncə nahar etməyə gəlib. Daha sonra turist hesabı verərək gedib. Pul kisəsini restoranda unutduğunu isə o, yalnız uçuş zamanı xatırlayıb.

Səyahətçi "Facebook" vasitəsi ilə Enriko Skettinodan içərisində 500 avro olan çantasını tapmağı xahiş edib. Qadınla yazışmadan sonra o, restorana gedib və çantanı turistin nahar etdiyi stulun yanında aşkar edib.

"Mən çantanın ağzını açmadan polisə təhvil verdim", — deyə restoran sahibi bildirib.

Polisdə məlum olub ki, unudulmuş çantada təqribən 13 min avro var. İndi turist qadın tezliklə Neapola qayıdacaq və öz əşyalarını götürəcək.

Eləcə də bax: Bakının mərkəzində "SAHIL Hostel & Hotel" də bir günlük qonaqlama - 10 MANAT

Eləcə də bax: Hilton Baku-da biznes lanç neçəyədir?

Eləcə də bax: "Metropol Restaurant & Pub" tələbələr üçün bütün yeməklərə - 20% ENDİRİM ELAN EDİR

Eləcə də bax: Aktiv istirahəti sevənlər üçün "Excelsior Hotel Shamkir" əsl cənnətdir - QİYMƏTLƏR

Eləcə də bax: Qəbələnin "White Boutique Hotel"də istirahət neçəyədir? - ƏTRAFLI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır