Dünyanın ən təhlükəsiz hesab edilən şəhəri açıqlandı
21 SENTYABR
468

Dünyanın ən təhlükəsiz hesab edilən şəhəri açıqlandı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi “Numbeo” internet resursunun versiyasına görə ikinci ildir ki, dünyanın ən təhlükəsiz şəhəri adını qazanıb.

Turizm.fins.az AZƏRTAC-a istinadən bildirir ki, reytinqə dünyanın 338 şəhəri daxil edilsə də, məhz Əbu-Dabidə cinayətkarlığın ən aşağı səviyyəsi qeydə alınıb. Bununla yanaşı, Əmirliklərin ikinci iri şəhəri sayılan Dubay bu reytinqdə 11-ci yerdədir. Belə ki, Əbu-Dabi 13,63 bal, Dubay isə 19,03 bal toplayıb. Ötən illə müqayisədə hər iki göstərici yaxşıya doğru dəyişib.

Reytinqə təhlükəsizlik səviyyəsi ilə yanaşı, dolanışıq xərcləri və həyatın keyfiyyəti, ətraf mühitin çirklənmə dərəcəsi və səyahətin dəyəri kimi göstəricilər də daxil edilib.

Eləcə də bax: Bakının mərkəzində "SAHIL Hostel & Hotel" də bir günlük qonaqlama - 10 MANAT

Eləcə də bax: Hilton Baku-da biznes lanç neçəyədir?

Eləcə də bax: "Metropol Restaurant & Pub" tələbələr üçün bütün yeməklərə - 20% ENDİRİM ELAN EDİR

Eləcə də bax: Aktiv istirahəti sevənlər üçün "Excelsior Hotel Shamkir" əsl cənnətdir - QİYMƏTLƏR

Eləcə də bax: Qəbələnin "White Boutique Hotel"də istirahət neçəyədir? - ƏTRAFLI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır