Dünyanın ilk 5 ulduzlu YERALTI OTELİ inşa edilib - FOTOLAR
21 SENTYABR
1458

Dünyanın ilk 5 ulduzlu YERALTI OTELİ inşa edilib - FOTOLAR

Çinin Şanxay şəhərində “InterContinental Shangai Wonderland” adlı dünyanın ilk 5 ulduzlu yeraltı oteli yaxın günlərdə istifadəyə veriləcək.

“Müasir memarlıq möcuzəsi” adlandırılan bu otel, 88 metr dərinliyində tərk edilmiş daş mədəninin üzərindəki qayalıqlar oyularaq inşa edilmişdir.

Gələn ay Şanxay şəhərinə bağlı və şəhər mərkəzinə təqribən 35 km uzaqlıqdayerləşən Songjiang qəsəbəsində “InterContinental Shangai Wonderland”adlı yeni bir otel qapılarını ziyarətçilərin üzünə açacaq. 2006 – cı ildən bəri bu otelin interyer dizaynını həyata keçirmək üçün 5 mindən çox memar, mühəndis, dizayner və işçi layihədə yer alıb.

18 mərtəbəli olan bu otelin 337 otaq və 1 suit otağı var. 18 mərtəbənin 16 – sı torpaq qatın altında, digər 2 mərtəbəsi isə su təbəqənin altında yerləşir.Dam örtüyü yaşıllıqlarla əhatə olunan otel günəş enerjisindən istifadəyə əsaslanaraq dizayn edilmişdir. Qonaqlar otelin eyvanlarından ətrafdakı qayalıqlardan aşağıya doğru uzanan şəlalələri seyr edə bilərkən eyni zamanda şəffaf şüşə bir şəlalə də binanın mərkəzində yerləşir. Bununla yanaşı otelin su təbəqənin altında yerləşən iki mərtəbəsi, otelin restoranına və 10 metr dərinliyindəki akvariumun qarşısında yerləşən əlavə qonaq otaqlarına ev sahibliyi edir. Otelin ən aşağı mərtəbələrində üzgüçülük hovuzu və digər əyləncə obyektləri yerləşir.

Qeyd edək ki, otelin dizaynı Dubayda yerləşən dünyanın ən lüks otellərindən biri olan ”Bürc əl-Ərəb” otelinin də dizaynını həyata keçirən “Atkins” ingilis dizayn şirkətinə məxsusdur. 

©Banco.az

Eləcə də bax: Bakının mərkəzində "SAHIL Hostel & Hotel" də bir günlük qonaqlama - 10 MANAT

Eləcə də bax: Hilton Baku-da biznes lanç neçəyədir?

Eləcə də bax: "Metropol Restaurant & Pub" tələbələr üçün bütün yeməklərə - 20% ENDİRİM ELAN EDİR

Eləcə də bax: Aktiv istirahəti sevənlər üçün "Excelsior Hotel Shamkir" əsl cənnətdir - QİYMƏTLƏR

Eləcə də bax: Qəbələnin "White Boutique Hotel"də istirahət neçəyədir? - ƏTRAFLI

Eləcə də bax: Truskavetsdə 15 günlük müalicə neçəyədir? - QİYMƏTLƏR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır