“Silk Way West Airlines” Çinin yeni şəhərinə reyslər açır
22 SENTYABR
539

“Silk Way West Airlines” Çinin yeni şəhərinə reyslər açır

Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” Bakıdan Çinin böyük şəhərlərindən biri Tyanszinə yeni reys açır.

Aviaşirkət Tyanszinə yeni reysi həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetirəcək.

Bu marşrut aviaşirkətin Bakıdakı yerli habını Şimali Çində aparıcı sənaye mərkəzlərindən biri ilə birləşdirəcək.

“Bu reys strateji boşluğu aradan qaldıracaq və sürətlə inkişaf edən Şimali Çində yük aviadaşımaları xidmətlərinin tam spektrini göstərməyə imkan verəcək. Xüsusilə, şərq və qərb istiqamətlərində maşınqayırma və aviasiya sənayesi sahəsində mallara böyük tələbat var”, - Silk Way West Airlines prezidenti və icraçı direktoru Volfqanq Meyer bildirib.

Eləcə də bax: "Qalaaltı Hotel & Spa" da istirahətlə bərabər müalicə alma imkanı - Həftə içi və həftə sonu QİYMƏTLƏR

Eləcə də bax: Bilgəh Kardioloji Sanatoriyasında müayinə və müalicə - 55 MANAT 

Eləcə də bax: Aktiv istirahəti sevənlər üçün "Excelsior Hotel Shamkir" əsl cənnətdir - QİYMƏTLƏR

Eləcə də bax: Qəbələnin "White Boutique Hotel"də istirahət neçəyədir? - ƏTRAFLI

Eləcə də bax: Truskavetsdə 15 günlük müalicə neçəyədir? - QİYMƏTLƏR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır