Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri sırasında
26 SENTYABR
213

Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri sırasında

Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri siyahısında yeddinci yerdə qərarlaşıb.

Turizm.fins.az xəbər verir ki, “Bloomberg” Top-10 istiqamətləri reytinqini BMT Ümumdünya Turizm Təşkilatının məlumatlarına əsasən tərtib edib.

Azərbaycanda turizmin illik artımı 20 faiz təşkil edib.

“Bloomberg”in reytinqinə regionun digər ölkələri də düşüb. Gürcüstan 27,9 faizlik artımla siyahıda ikinci, Ermənistan isə 18,65 faizlik artımla onuncu yerdə qərarlaşıb.

Sürətlə populyarlaşan turizm istiqamətləri reytinqində həmçinin Bosniya və Herseqovina, Moldova, Makedoniya, İslandiya, Türkiyə və İsrail yer alıb. Turist axınının ən yüksək nəticəsini isə San-Marino nümayiş etdirib – 31,1 faiz.

Eləcə də bax: Bütün dünyanın səbirsizliklə gözlədiyi Habib və McGregor qarşılaşmasını burada izləyin

Eləcə də bax: Bol qız, sərhədsiz əyləncə, maksimum həzz YALNIZ BURADA

Eləcə də bax: Bakı-Yessentuki-Kislovodsk avtobus reysləri nəvaxt yola çıxır və QİYMƏTLƏR NEÇƏYƏDİR?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır