Bu turizm şirkətləri "QARA SİYAHI"ya düşə bilər
26 SENTYABR
535

Bu turizm şirkətləri "QARA SİYAHI"ya düşə bilər

Turizm şirkətləri müştəri cəlb etmək məqsədilə tez-tez endirim kompaniyaları təşkil edir.

İnsanlar ucuz olduğu üçün çox vaxt bu kompaniyalardan yararlanmağa çalışırlar. Lakin “Ucuz ətin şorbası olmaz” - deyirlər. Belə ki, bəzi ucuz turlar çox vaxt göstərilən tələbləri yerinə yetirmir. Məsələn, gündə 3 dəfə yemək təklif edilir, biri verilir. Fotosessiya olacağı deyilir, nədənsə kameramanın hər dəfə işi çıxır. Belə, həm müştəri aldadılır, həm də turizm şirkətləriylə bağlı cəmiyyətdə mənfi fikirlər formalaşır.

AzTA müştərilərini aldadan turizm şirkətləri ilə bağlı bu gün hansı tədbirlər görür?

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov açıqlamasında bildirib ki, AzTA öz üzvlərinə cavabdehlik daşıyır:

“Qeyri-peşəkar, dələduz davranışlar ölkədə yerləşən turizm şirkətlərinin imicinə xələl gətirən amildir. Ölkə turizminin inkişafında sahibkarlara dəstək verməklə bağlı Cənab Prezident sərəncam imzalayıb. Bu sərəncam turizm şirkətlərinə imkan verdi ki, heç bir sənəd almadan turizm sahəsində fəaliyyət göstərsinlər. Amma təəssüf olsun ki, bu imkanlardan dələduz insanlar da yararlanırlar. Belə halla qarşılaşan turist heç kimə şikayət edə bilməz. Ona görə ki, bugünkü gün hansısa bir qurum tərəfindən bunu idarə edən mexanizm yoxdur. Əvvəllər turzim şirkətlərinin lisenziyası vardı. Hansısa bir hadisə baş verən zaman Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilir, onun lisenziyası geri götürülürdü. Lakin bu gün elə bir şey yoxdur. Biz bu gün həmin şikətləri yalnız "Qara siyahı"ya sala bilərik. Biz ancaq öz üzvlərimizə cavabdehlik daşıyırıq”.

©Metbuat.az

Eləcə də bax: Bütün dünyanın səbirsizliklə gözlədiyi Habib və McGregor qarşılaşmasını burada izləyin

Eləcə də bax: Bol qız, sərhədsiz əyləncə, maksimum həzz YALNIZ BURADA

Eləcə də bax: Bakı-Yessentuki-Kislovodsk avtobus reysləri nəvaxt yola çıxır və QİYMƏTLƏR NEÇƏYƏDİR?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır