Azərbaycan bu ölkədə 25 milyon dollarlıq sanatoriya-kurort mərkəzi tikdirib
28 SENTYABR
1844

Azərbaycan bu ölkədə 25 milyon dollarlıq sanatoriya-kurort mərkəzi tikdirib

“Biz böyük məmnuniyyətlə Rusiyanın bütün subyektləri ilə əlaqələr qurmağa və Azərbaycanın işgüzar dairələrinin bu regionlara investisiya yatırmasına marağını stimullaşdırmağa hazırıq”.

Turizm.fins.az xəbər verir ki, bu sözləri IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının genişləndirilmiş iclasında Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri  Səməd Qurbanov deyib:

“Rusiya Azərbaycanın əsas ticari və  iqtisadi partnyorlarından biridir. Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyəti 2016-cı ildə yaradılıb və iki ölkə rəhbərliyinin Azərbaycanla Rusiya arasındakı ticari-iqtisadi əlaqələrin genişləndirilməsi istiqmətindəki təşəbbüslərinin reallaşdırılmasında effektiv mexanizmlərdən biridir. Azərbaycan-Rusiya İşgüzar Şurasının əsas tapşırığı Azərbaycan biznes cəmiyyətinin Rusiya ilə əlaqəli fəaliyyətində maraqlarına dəstək olmaq, hər iki ölkənin işgüzar dairələrinin əməkdaşlıqlarında yeni imkanları araşdırmaqdır”. 

O bildirib ki, son zamanlar İşgüzar Şuranın üzvləri və Şuranın köməyi ilə Rusiya subyektlərində bir sıra iri layihələr həyata keçirilib:

"Yessentuki şəhərində Azərbaycanın "Karat Holding" şirkəti tərəfindən dəyəri 25 milyon dollar olan sanatoriya-kurort mərkəzi istismara verilib. Bundan başqa, Azərbaycanın "Atef" şirkəti Həştərxanda  "Lotos" xüsusi iqtisadi zonasının ilk xarici rezidenti olub”.

©Qafqazinfo

Eləcə də bax: Bütün dünyanın səbirsizliklə gözlədiyi Habib və McGregor qarşılaşmasını burada izləyin

Eləcə də bax: “Greencard”da qalib olan şəxslərin hamısı ABŞ-a yola düşürmü? 

Eləcə də bax: Bakı-Yessentuki-Kislovodsk avtobus reysləri nəvaxt yola çıxır və QİYMƏTLƏR NEÇƏYƏDİR?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır