Bu il Azərbaycandan Gürcüstana nə qədər turist gedib?
03 OKTYABR
227

Bu il Azərbaycandan Gürcüstana nə qədər turist gedib?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənləri sayı 1 094 847 nəfər təşkil edib.

Fins.az bildirir ki, “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze oktyabrın 3-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstana səfər etmiş azərbaycanlı ziyarətçilərin sayında 107 209 nəfər yaxud 10,9% artım qeydə alınıb.

İlin ilk 9 ayı ərzində Azərbaycan qonşu ölkəyə səfər edənlərin sayına görə Rusiyadan (1 109 706 nəfər) sonra ikinci yeri tutub. Üçüncü yerdə isə 956 076 nəfərlə Ermənistandır.

Yanvar-sentyabr aylarında Gürcüstana ümumilikdə 6 788 377 əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən illə müqayisədə 11,2% çoxdur. Əcnəbi ziyarətçilərin 3 772 102 nəfərini turistlər təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 568 398 və ya 17,7% çoxdur.

Təkcə sentyabr ayında isə qonşu ölkəyə 892 463 əcnəbi ziyarətçi (+5%) səfər edib. Onların 536 302 nəfəri turist olub ki, bu da illik müqayisədə 9,1% çoxdur.

Ötən ay Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 138 790 nəfər olub. İllik müqayisədə bu göstəricidə 9,8% artım qeydə alınıb.   

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır