Milli Turizm Sammiti - 2018
04 OKTYABR
391

Milli Turizm Sammiti - 2018

Milli Turizm Sammiti - Azərbaycanın Milli Turizm brendi üzrə strategiyası və bu strategiyanın yaradılması, eləcə də idarə edilməsinin müzakirə olunacağı yeganə tədbirdir.

Milli Turizm Sammiti Azərbaycanda turizm sənayesi iştirakçılarının daxili və gəlmə turizminin inkişafı yolları, marketinq və təbliğatı üsullarının qarşılıqlı əməkdaşlıq şəkildə müzakirəsi üçün platformadır.

Sammit Azərbaycanın turizm istiqaməti kimi təqdim edilməsində iştirak edən dövlət və özəl sektor nümayəndələrini həvəsləndirmək üçün interaktiv və nəticəyönümlü imkanlar yaradır.

Milli Turizm Sammitinin məqsədləri:

- Milli turizm brendinin hazırlanmasında iştirak edən komandanın turizm sənayesində çalışan mütəxəssislərə təqdim edilməsi;
- Dövlət və özəl sektor nümayəndələrinin turizmlə bağlı məsələləri ünvanlandırmaları üçün platformanın təmin edilməsi;
- Azərbaycanın təbliğatı üçün marketinq şəbəkələşməsi və imkanlarının genişləndirilməsi və turizm sənayesi daxilində resursların cəmləşdirilməsi ilə sinerjinin yaradılması. 

Qeydiyyatdan keçmək və daha ətraflı məlumat üçün: https://www.turizmsammiti.az/
Qeyd: Zəhmət olmasa, tədbirə gələrkən şəxsiyyət vəsiqənizi də mütləq özünüzlə gətirin. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır