Rusiya şirkəti Gəncəyə aviareys açır
05 OKTYABR
427

Rusiya şirkəti Gəncəyə aviareys açır

Oktyabrın 30-dan Rusiyanın “Ural aviasiya” şirkəti Nijnevartovsk - Gəncə - Nojnevartovsk marşrutu üzrə yeni uçuşlara başlayır. 

Turizm.fins.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bununla bağlı şirkətin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, birbaşa reyslər “Airbus A320” təyyarələri vasitəsilə həftənin ikinci günləri həyata keçiriləcək. 

U6-2501 reysi Nijnevartovskdan yerli vaxtla 09:35-də, U6-2502 reysi geriyə qayıdış isə Gəncədən yerli vaxtla 15:00-da havaya qalxacaq. 

Biletlərin minimal tarifi birtərəfli istiqamətdə 12 min 236 rubldan (185 dollar - red.) başlayacaq.

“Ural aviasiya” şirkəti  Rusiyanın aparıcı sərnişindaşıma şirkətlərindən biridir. 2017-ci ildə 8 milyon 474 nəfər onun xidmətlərindən istifadə edib. Şirkət 200 istiqamətdə uçuşlar həyata keçirir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır