Bu hava yolları ABŞ-ın sanksiyalarına baxmayaraq İranda fəaliyyətini davam etdirəcək
09 OKTYABR
193

Bu hava yolları ABŞ-ın sanksiyalarına baxmayaraq İranda fəaliyyətini davam etdirəcək

İngiltərə, Fransa, Hollandiya və Birləşmiş Ərəb Əmirliklərinin hava yolları şirkətlərindən fərqli olaraq "Qatar Airways" Hava Yolları şirkəti İranla əlaqələri kəsməyəcək.

Turizm.fins.az Trend-ə istinadən məlumat verir ki, bunu "Qatar Airways" Hava Yolları Şirkətinin icraçı direktoru Əkbər Al-Baker deyib.

Əkbər Al-Baker deyib ki, ABŞ-ın İran əleyhinə sanksiyaları "Qatar Airways" Hava Yolları şirkətinin uçuşlarına təsir göstərməyəcək. 

O qeyd edib ki, "Qatar Airways" Hava Yolları şirkəti Dohadan Məşhəd, Şiraz və Tehran istiqamətində uçuşlar həyata keçirir.

Amerika Birləşmiş Ştatlarının birtərəfli şəkildə Hərtərəfli Birgə Fəaliyyət Planından çıxması və xarici valyutanın bahalaşması nəticəsində bəzi ölkələrin hava yolları şirkətləri İrandakı fəaliyyətlərini dayandırıblar.

Eləcə də bax: İstanbul səfərlərinə endirim kampaniyası

Eləcə də bax: Kanadaya necə köçə bilərəm?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır