Səyahət sığortasının incəlikləri - NİYƏ SIĞORTALANAQ?
09 OKTYABR
245

Səyahət sığortasının incəlikləri - NİYƏ SIĞORTALANAQ?

Tez-tez istirahətə və ya işgüzar ezamiyyətə gedənlər üçün “səyahət sığortası” adi terminlərdən birinə çevrilib. Amma səyahət sığortasının nə olmasını, sığorta zamanı hansı məqamlara diqqət etmək lazım olduğunu çox az adam bilir.

Sığorta demək olar ki, sizin sağlamlığınıza təhlükə olduğu bütün hallarda lazımdır.

Səyahət sığortasına aşağıdakılar daxildir:

  • Tibbi risklər (xəstəliklər, zədələr və s);
  • Zərərçəkmişin yanına həkimin gəlməsi;
  • Məsləhət, stasionar müalicə, reanimasiya;
  • Həkim ifadələrinə uyğun olaraq nəqliyyat xərclərinin ödənilməsi;
  • Aviareysin ləngiməsi zamanı kompensasiya;
  • Baqaj itdikdə və ya yararsız hala düşdükdə kompensasiya;
  • İlkin hüquqi məsləhət.

Sığorta hadisəsi baş verdikdə sığorta şirkəti necə fəaliyyət göstərir?

Sığorta hadisəsi baş verdikdə sizin sığorta şəhadətnamənizdə qeyd edilən nömrələr ilə təcili əlaqə yaratmaq lazımdır. Operator sizin sorğunuzu dinləyib hadisəyə uyğun olaraq ətraflı məlumat verəcək. Kəskin ehtiyac yaranarsa zərərçəkmiş təcili hospitalizasiya edilə bilər və ya həkim dərhal zərərçəkənin yanına yollana bilər.

Seçim zamanı birdəfəlik və ya bir neçə dəfə istifadə edilə bilən sığorta paketini seçmək lazımdır?

Əgər siz çox səyahət edirsinizsə, bu zaman illik sığorta xidmətlərindən istifadə edə bilərsiniz. Beləliklə siz xeyli qənaət etmiş olacaqsınız.

Bilmək vacibdir!

Səfər boyu sığorta şəhadətnaməsini və ya onun surətini yanınızda saxlayın. Öz mobil telefonunuza sığorta agentinin telefon nömrəsini də qeyd edə bilərsiniz ki, lazım olduğu halda əlinizin altında olsun.

Necə sığortalanmaq lazımdır?

Hal-hazırda bir çox sığorta şirkətləri müxtəlif sığorta paketləri təklif edir ki, siz daha ətraflı məlumat almaq üçün həmin şirkətlərə müraciət edə bilərsiniz.

Eləcə də bax:

 İstanbul səfərlərinə endirim kampaniyası

 Kanadaya necə köçə bilərəm?

 Aleksey Çumakov Bakıda konsert verəcək

 "Qarabağ"ın "Vorskla" və "Sportinq"lə oyunlarının biletləri satışda - QİYMƏTLƏR

 Kanadaya köçmək üçün ən məşhur və ən asan yol - EKSPRESS GİRİŞ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır