Bakıdan Rusiyaya dəniz turları başlayır - VİDEO
10 OKTYABR
491

Bakıdan Rusiyaya dəniz turları başlayır - VİDEO

Rusiya ilə Azərbaycan turizm və nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində Xəzərdə dəniz turizminin inkişafı üzrə birgə layihə hazırlayırlar. Layihə çərçivəsində Xəzəryanı ölkələrə kruiz səfərlər təşkil olunacaq. Bu isə həm Rusiyadan, həm də Xəzəryanı dövlətlərdən xeyli turist axını deməkdir.

Turizm.fins.az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, Avropa ölkələrində geniş yayılan kruiz səfərlərinin Xəzər dənizində təşkili “Pyotr Velikiy” gəmisi ilə həyata keçiriləcək.

Bundan əlavə, Rusiyanın Həştərxan vilayəti ilə Bakı arasında birbaşa gəmi reysinin açılması da nəzərdə tutulur. Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadənin sözlərinə görə, bu istiqamətdə hər iki tərəf arasında danışıqlar aparılır.

Kənan Quluzadə onu da bildirib ki, ölkəmizə gələn turistlərin 30 faizdən çoxu Rusiya vətəndaşlarıdır. 

Eləcə də bax:

ABŞ-dakı Azərbaycan restoranları amerikalı tənqidçini valeh etdi

İstanbul səfərlərinə endirim kampaniyası

Kanadaya necə köçə bilərəm?

Aleksey Çumakov Bakıda konsert verəcək

 "Qarabağ"ın "Vorskla" və "Sportinq"lə oyunlarının biletləri satışda - QİYMƏTLƏR

Kanadaya köçmək üçün ən məşhur və ən asan yol - EKSPRESS GİRİŞ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır