İstanbulun yeni hava limanından Bakıya ilk reysin TARİXİ açıqlandı
12 OKTYABR
366

İstanbulun yeni hava limanından Bakıya ilk reysin TARİXİ açıqlandı

İstanbulun yeni hava limanından Bakıya ilk reys 2018-ci il noyabrın 1-i yerli vaxtla saat 15:55-də həyata keçiriləcək.

Bu barədə Turizm.fins.az Türkiyə Baş Dövlət Hava Limanları İdarəsinə (DHMİ) istinadən məlumat verir.

Bakıdan geriyə uçuş isə noyabrın 2-si saat 08:53-də baş tutacaq.

İstanbulun yeni hava limanından ilk reys oktyabrın 31-i Ankaraya icra olunacaq.

Bakıya aviabiletlərin satışına isə ötən gündən başlanıb.

Qeyd edək ki, Türkiyədən 282 istiqamətdə uçuşlar həyata keçirilir. Yeni aeroportun istismara verilməsi ilə bu göstərici 350 olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır