Aviabiletləri harada və necə dəyişmək olar?
15 OKTYABR
471

Aviabiletləri harada və necə dəyişmək olar?

Əgər siz əldə etdiyiniz aviabiletdə müəyyən dəyişikliklər etmək istəyirsinizsə, bu zaman ilk növbədə bileti əldə etdiyiniz tarifin qaydalarına diqqət etməlisiniz. Elə biletlər var ki, onları nə qaytarmaq nə də dəyişmək mümkün deyil. Bu, əsasən loukosterlərin reyslərinə və auksion təklifləri zamanı əldə edilən biletlərə aiddir. Digər biletləri isə geri qaytarmaq və ya dəyişmək mümkündür.

Hansı aviabiletlərdə dəyişiklik etmək olar?

Tarif qaydalarında «changes» sətrinin yanında dəyişmə şərtləri qeyd edilir.

Məsələn:

  • «before departure» — biletə hər hansı bir dəyişikliyi yalnız uçuşdan əvvəl etmək mümkündür.
  • «charge EUR 30.00 for reissue/revalidation» — uçuş vaxtını dəyişmək və ya biletə istənilən digər dəyişiklik etmək 30 avro cərimə ödəməklə mümkündür.
  • «passenger pays the difference in fare plus change of reservation fee if any applies» — biletlərin qiymətinin fərqini ödəmək lazımdır. Əgər siz uçuş üçün başqa tarix seçmək istəyirsinizsə və həmin tarixə olan biletlər daha bahadırsa, bu zaman siz əvvəlki biletlə yeni biletin arasındakı fərqi də ödəməli olacaqsız.

Aviabiletlərdə nəyi dəyişdirmək olar?

Tarifin şərtlərində aviabiletlərdə konkret hansı dəyişikliklərin edilməsinin mümkünlüyü barədə qeydlər mövcuddur. Burada uçuş tarixini, uçuş vaxtını, hətta tarif növünü və ya uçuş ediləcək şəhəri də dəyişmə imkanı nəzərdə tutulur. Çox nadir hallarda, aviabileti üçüncü şəxsin adına yenidən rəsmiləşdirməyə icazə verilir.

  • “rerouting is not permitted” — uçuş və daxil olma şəhərini dəyişmək mümkün deyil;
  • “routing” — marşrutun dəyişdirilməsinə icazə verilir;
  • “name change” — sərnişinin dəyişdirilməsinə icazə verilir.

Aviabiletləri harada dəyişmək olar?

Aviabiletləri əldə etdiyiniz yerdə dəyişdirə bilərsiniz. Əgər siz bileti aviaşirkətin kassasından almısınızsa, bu zaman ora yaxınlaşaraq dəyişiklik üçün müraciət edə bilərsiniz. Əgər aviabilet internet üzərində bron xidməti vasitəsi ilə əldə edilibsə, bu zaman dəyişiklik üçün həmin servis üzərindən şəxsi kabinetdən istifadə edə bilərsiniz. Nəzərə alın ki, əgər siz bileti bron servisi vasitəsi ilə əldə etmisinizsə, bu zaman geri qaytarma proseduruna görə komissiya da ödəməli olacaqsınız.

Eləcə də bax: 

Bu ölkə azərbaycanlılar üçün viza rejimini asanlaşdırır

Prezident və xanımı İstisu və Sağlamlıq Mərkəzinin açılışında - FOTO

"JW Marriott Absheron Baku" da Halloween abu-havası

Halloween party - "Elektra Events Hall"da

"Vapiano"da ilin ən qorxulu bayramı 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır