Cənub turizminin ÜSTÜNLÜKLƏRİ
16 OKTYABR
315

Cənub turizminin ÜSTÜNLÜKLƏRİ

Cənubun özünəməxsus təbiəti var. Subtropik iqlimə malik olduğu üçün orada mandarin, çay plantasiyaları var. Bizim subtropik meyvələrin əkini turistlər üçün çox maraqlıdır. Düzü, yayda həmin yerlər isti olur. Lakin yaz, payız, qış aylarında cənub bölgəsi çox maraqlı olur”.

“Lənkəran və Lerik otellərində çox vaxt boş yer tapmaq olmur”.

Bunu  Fly.az Turizm Agentliyinin təsisçi və direktoru Rəşad Rəhimli bildirib.

Onun sözlərinə görə, yaz və yay aylarında cənub bölgəsindəki əksər otellər rus turistlərlə dolu olur:

“Cənub bölgəsində turizmin az inkişaf etməsinin səbəbi yolun pis olmasıyla bağlıydı. Cənab Prezident cənub yolunun açılışını etdikdən sonra problem həllini tapdı. Bildiyiniz kimi, Lənkəranda hava limanı, dəmiryolu var. Bütün bunlar cənub turizminin inkişafı üçün olduqca mühüm faktorlardır.

Cənub turizmi tezliklə sürətli şəkildə inkişaf etməyə başlayacaq. Çünki buna səbəb olan resurslar var. Məsələn, yüksək standartlara cavab verən dənizkənarı otellər, təmiz dəniz, xeyirli qara qum və s. Təbiətsevərlər üçün cənub bölgəsi əvəzolunmazdır. Dağlar, şəlalələr, çaylar, “Qırmızı kitab”a düşmüş ağacları olan meşələr, həmçinin tarixi yerlər cənub bölgəsində çoxluq təşkil edir. Cənub zonasının çox zəngin mətbəxi var. Həmçinin, müalicəvi turlar üçün də cənub seçilən yerlərdən biridir. Hazırda cənub zonasında turizmə aid tikinti işləri davam etməkdədir".

©Metbuat.az

 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır