Turizmdə ya dövlət reyestri, ya da lisenziya olacaq - AÇIQLAMA
17 OKTYABR
761

Turizmdə ya dövlət reyestri, ya da lisenziya olacaq - AÇIQLAMA

Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən şirkətlərə lisenziyaların verilməsi qaydasının bərpa oluna bilər.

"AŞAĞI XİDMƏT GÖSTƏRƏN XEYLİ SAYDA ŞİRKƏT VAR" 

Turizm.fins.az -ın məlumatına görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki,  turizm sahəsinə ölkə imicinə böyük zərbə vuran şirkətlər var. 

“Bu sahədə lisenziyaların verilməsi 2015-ci ildə ləğv olunub. Məhz həmin illərdə Azərbaycana “gəlmə turizm” inkişaf etməyə başlayırdı. Ancaq sözsüz ki, inkişafın hər yeni mərhələsi yeni yanaşma, göstərilən xidmətin keyfiyyətinin artırılmasına yeni qaydaların tətbiq olunmasını tələb edir. Hazırda Azərbaycanda turizm sahəsində 2000-dən çox fiziki və hüquqi şəxs fəaliyyət göstərir. Ancaq bazarda turistlərə lazımi səviyyədə xidmət göstərən həqiqi professional iştirakçıların sayı bu rəqəmdən daha azdır. Əsas məqsədləri birdəfəlik daha çox gəlir əldə etmək olan xeyli sayda şirkət var ki, onlar turistlərə tam keyfiyyətdə xidmət göstərmək iqtidarında deyillər. Bu kimi şirkətlər turizm sahəsinə və bütövlükdə ölkə imicinə böyük zərbə vururlar. Göstərilmiş xidmətdən narazı qalan turist isə konkret şəxsi deyil, bütövlükdə Azərbaycanı tənqid edir. Bu isə yolverilməzdir”.

"İKİ YANAŞMA ÜZƏRİNDƏ İŞLƏYİRİK"

Fuad Nağıyev, “Hazırda bu sahədə dövlət nəzarətinin təmini mexanizmi üçün iki yanaşma üzərində işləyirik” deyərək sözlərinə belə davam edib: “Bu ya dövlət reyestri, ya da xüsusi icazələrin verilməsi mexanizmi ola bilər. Bu sahə artıq formalaşmağa başlayır və onun sistemləşdirilməsinə, strukturlaşdırılmasına ehtiyac yaranır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır