Fuad Nağıyev: Turizmdə azad rəqabət şəraiti formalaşdırmaq lazımdır
17 OKTYABR
252

Fuad Nağıyev: Turizmdə azad rəqabət şəraiti formalaşdırmaq lazımdır

“Son illərdə Azərbaycan öz qapılarını ziyarətçilər üçün tam açıb və indi qarşıya qoyulmuş məqsədlərə çatmaq, ən əsası isə ölkəyə turist axınını artırmaq zamanıdır”.

Turizm.fins.az -ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. 

Fuad Nağıyevin sözlərinə görə, ən önəmli məsələlərdən biri də turistlərin məmnunluğunu artırmaq, onların ölkəyə yenidən qayıtmasına nail olmaqdır: “Turisti ölkəyə cəlb etmək kifayət deyil, onun gözləntilərini qarşılamaq və yenidən ölkəyə səfər etməsini təmin etmək lazımdır. Bunun üçün kadr potensialını inkişaf etdirmək, insanlarımızı maarifləndirmək, əlavə infrastrukturlar yaratmaq, bazarın əsas iştirakçılarının fəaliyyətində şəffaflığı təmin etmək, azad rəqabət şəraiti formalaşdırmaq lazımdır. Bütün bu məsələlər Azərbaycanın turizm sənayesinin yaradılması və inkişafı strategiyasında öz əksini tapacaq”. 

Fuad Nağıyev bildirib ki, Agentlik sağlam rəqabət mühitinin yaradılmasına kömək edəcəkdir: "Bu, bütün strukturların qarşılıqlı faydalı əlaqəsinin effektivliyini artıracaq, optimal qiymətlərin formalaşmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə kömək edəcək. İctimai təşəbbüsləri dəstəkləyirik və hesab edirik ki, ictimai nəzarət və birgə fəaliyyət bazar üçün çox önəmlidir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır