Milli Turizm Sammiti keçirilir
18 OKTYABR
310

Milli Turizm Sammiti keçirilir

Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Milli Turizm Sammiti keçirilir.

Tədbirdə Azərbaycanın yeni milli turizm brendinin, loqosunun və şüarının geniş ictimaiyyət üçün təqdimatı olacaq, gələcək planlar və layihələr, qlobal və regional bazarlarda aparılacaq marketing strategiyası haqqında məlumat veriləcək.

Dövlət orqanlarından, diplomatik nümayəndəliklərdən, turizm sahəsinin əsas iştirakçılarından, yerli və xarici şirkətlərdən, kütləvi informasiya vasitələrindən 1500-dən çox iştirakçının təmsil olunacağı sammitdə eyni zamanda Dövlət Turizm Agentliyinin və agentliyin tabeliyində olan Azərbaycan Turizm Bürosununun kollektivi də təqdim ediləcək. Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək “Dünya Səyahət Bazarı” (London WTM) sərgisində baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır