Yaxın Şərqdən Azərbaycana gələn turistlər lüks istirahətə üstünlük verirlər, bəs avropalılar?
18 OKTYABR
513

Yaxın Şərqdən Azərbaycana gələn turistlər lüks istirahətə üstünlük verirlər, bəs avropalılar?

Azərbaycana Yaxın Şərq ölkələrdən gələn turistlər bahalı otellərə, lüks istirahətə dadlı yeməklərə daha çox üstünlük verirlər.

Turizm.fns.az-in məlumatına görə, bunu Milli Turizm Sammitində çıxış edən Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarların idarə olunması departamentinin direktoru Sevinc Zeynallı deyib. 

Onun sözlərinə görə, Avropa ölkələrindən gələn turistlər isə daha çox regionları səyahət etməyə, gözəl yerlərə baxmağa və ekoturlara getməyə üstünlük verirlər: "Azərbaycan Turizm Bürosunun açılacaq nümayəndəlikləri bu strategiya üzrə öz fəaliyyətlərini göstərəcək və Azərbaycanın turizm təbliğatını aparmağa köməklik edəcəklər".

Eləcə də bax: 

Azərbaycanda hotellərin onlayn reytinqi qurulacaq

Dövlət Turizm Agentliyi bir neçə ölkədə nümayəndəlik açmaq istəyir

Azərbaycanın yeni turizm brendi təqdim olundu - "TAKE ANOTHER LOOK"

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır