Azərbaycanın turizm nümayəndəliklərinin yerləşəcəyi ölkələrin adları açıqlandı
18 OKTYABR
355

Azərbaycanın turizm nümayəndəliklərinin yerləşəcəyi ölkələrin adları açıqlandı

İlkin olaraq Azərbaycan Turizm Agentliyinin  Rusiya, Almaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Hindistanda nümayəndəliyi açılacaqdır. 2019-cu ilin sonunadək Fransa və Böyük Britaniyada da nümayəndəliyin açılması nəzərdə tutulur. 

Turizm.fins.az xəbər verir ki, bu barədə “Milli Turizm Sammiti 2018”də Azərbaycan Turizm Bürosunun Beynəlxalq Bazarların idarə edilməsi departamentinin direktoru Sevinc Zeynallı bildirib.

O qeyd edib ki, 10 bazarı əhatə edən 5 prioritet region (Yaxın Şərq, Qərbi Avropa, Post sovet ölkələri, Cənub və Şərqi Asiya ) müəyyən edilib. Nümayəndəliklər bu regionlarda Azərbaycanın tanıdılması və turistlərin cəlb edilməsi ilə məşğul olacaqdır. 

“Artıq hər hər bir regiounun ehtiyacları nəzərə alınaraq strategiyalar hazırlanıb.Yaxın Şərqdən gələn turistlər  lüks otellərə, dadlı yeməklərə, Avropadan gələn turistlər isə daha çox regionlara, eko turrizmə üstünlük verirlər”,- Sevinc Zeynallı əlavə edib.

Eləcə də bax: 

Azərbaycanda hotellərin onlayn reytinqi qurulacaq

Dövlət Turizm Agentliyi bir neçə ölkədə nümayəndəlik açmaq istəyir

Azərbaycanın yeni turizm brendi təqdim olundu - "TAKE ANOTHER LOOK"

Yaxın Şərqdən Azərbaycana gələn turistlər lüks istirahətə üstünlük verirlər, bəs avropalılar?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır