Azərbaycan Turizm Assosiasiyası ilk dəfə olaraq “ITB-ASIA-2018” sərgisində
22 OKTYABR
274

Azərbaycan Turizm Assosiasiyası ilk dəfə olaraq “ITB-ASIA-2018” sərgisində

Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilk dəfə olaraq Sinqapurun Marina Bay Sands sərgi mərkəzində keçirilən 11-ci Asiya bazarları üçün beynəlxalq səyahət – “ITB-ASIA-2018” sərgisində iştirak edib.

Fins.az xəbər verir ki,  AZTA-dan  bildirilib ki, sərgidə assosiasiyanın dəstəyi ilə 10 yerli şirkət iştirak edib və ölkəmizin turizm potensialı böyük maraqla qarşılanıb.

Assosiasiya üzvləri sərgi iştirakçılarına ölkəmizdə mövcud olan turizm məhsulları və istiqamətləri, o cümlədən yay və qış turizmi, ekoturizm, işgüzar turizm, müalicə turizmi haqqında geniş məlumat veriblər. Azərbaycan haqqında müxtəlif təbliğat materialları sərgi iştirakçıları arasında paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır