Aviaşirkətlərin qara siyahılarına kimlər düşür?
26 OKTYABR
322

Aviaşirkətlərin qara siyahılarına kimlər düşür?

Beynəlxalq aviasiya üçün sərnişinlərin qara siyahıları yenilik deyil. Məsələn ABŞ-ın Təhqiqat Bürosu terror təhlükəsinə qarşı siyahı yaradıb ki, bura istənilən təhlükəsizlik texnikasını pozan şəxslər düşür. Bu hallarda cəza tədbiri 25 min dollar miqdarında olan cərimədən tutmuş real həbsə qədər dəyişilir.

Bu siyahıya ABŞ hökumətinin qara siyahısında olan və ya Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinə aid olan insanlar (məsələn virus daşıyıcıları) və ya geriyə bileti olmayan sərnişinlər daxil ola bilər.

Kanadada həmçinin xüsusi «qara siyahı» yaradılıb ki, bu da 2007-ci ildən etibarən qəbul edilən sərnişinlərin özünəməxsus müdafiəsi proqramıdır.

Çində də həmçinin 2016-ci ildən etibarən «tərbiyəsiz» sərnişinlərin siyahısı yaradılıb. Çinlilər hesab edirlər ki, bu siyahıya daxil olan sərnişinlər digər insanların təhlükəsizliyindən başqa, həm də ölkənin imicinə təhlükədirlər.

Qeyd etmək lazımdır ki, aviaşirkətlər həm də öz daxili siyahılarını da yaradırlar və hər bir aviaşirkətin öz qara siyahısı var. Bu o deməkdir ki, əgər sizin bir aviaşirkəti ilə münasibətiniz alınmazsa, siz rahat şəkildə digər reyslərdən istifadə edə bilərsiniz.

Konkret davranış qaydaları aviaşirkətlərdən asılı olan amildir, lakin buna baxmayaraq istənilən halda təyyarənin göyərtəsində aşağıdakıları etmək olmaz:

  • Uçuşun və ya sərnişinlərin təhlükəsizliyini təhdid edən vəziyyət yaratmaq.
  • Göyərtədə təklif edilən seçimdən başqa alkoqollu içkilərdən istifadə etmək.
  • Bütün uçuş müddətində siqaret çəkmək.
  • Ekipajın müvafiq göstərişi olmadan qəza-xilasetmə avadanlığından istifadə etmək.
  • Heyət üzvlərinin işinə mane olmaq.
  • Digər sərnişinlərin və ya aviaşirkətin əmlakına zərər vurmaq.

Sərnişinlər qara siyahıya yalnız məhkəmə əmri çıxdıqdan sonra düşürlər və əgər 1 il ərzində qayda pozuntusuna yol verilməzsə, bu zaman həmin sərnişinlər uçuşlardan istifadə edə bilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır