Yeni “Təndir” nə vaxt açılacaq?
30 OKTYABR
236

Yeni “Təndir” nə vaxt açılacaq?

Bakının ən məşhur restoranlarından biri olan “Təndir” yenidən qurulması işləri başa çatdıqdan sonra fəaliyyətini bərpa edəcək. 

Turizm.fins.az xəbər verir ki, restoran 2 aydan sonra yenidən fəaliyyət göstərəcək.

“Təndir”dən başqa “Buta”, “Manqal” və “Qala divarları” restoranları da sökülür. Onların yerində yeni restoranlar inşa ediləcək”, - bu fikirləri həmin restoranların yaxınlığındakı obyektlərdən birinin sahibi deyib. 

Xatırladaq ki, söküntü işlərinə ötən gün səhər saatlarında başlanılıb. 

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən Bakıya gələn yüksək vəzifəli şəxslər, o cümlədən prezidentlər vaxtilə “Təndir” restoranında olublar.

©Oxu.az

Eləcə də bax: 

Bakının ən məşhur restoranı sökülür - FOTO

2019-cu ildə səyahət üçün ən yaxşı şəhərlər

İlk dəfə pivə aviareysi həyata keçiriləcək

Qış tətilini "ASPEN"də keçir

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır