Daxili turizmlə məşğul olan şirkətlər - Yeniliklər olacaq
30 OKTYABR
284

Daxili turizmlə məşğul olan şirkətlər - Yeniliklər olacaq

Turizm şirkətlərinin təşkil etdiyi turlar vasitəsiylə səyahət zamanı yaddaqalan xoş hadisələrlə yanaşı, bəzən turistlərin başına bədbəxt hadisə də gələ bilir.

Kiminsə qolu qırılır, kimsə yıxılır, xəsarət alır... Belə olan hallarda turizm şirkətləri məsuliyyəti öz üzərlərinə götürürmü?

Məsələylə bağlı açıqlama verən Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib ki, müştərilər turizm şirkətiylə razılaşma əldə edən zaman mütləq şirkətlə fiziki şəxs arasında müqavilə olmalıdır:

“Öz imicini qoruyan normal turizm şirkətləri müştəriləriylə müqavilə imzalayır. O müqavilədə hər şey əks olunur. Orada turizm şirkətinin öhdəliyinə götürülən vəzifələr qeyd olunur. Normal turizm şirkəti səyahət zamanı hər bir şeyi öz öhdəsinə götürməlidir. Təəssüf olsun ki, bu gün turizm şirkəti olmayan insanlar Feysbuk, İnstaqram səhifələrindən turlar təşkil edir, turist yığırlar. Halbuki onların Vergilər Nazirliyində bir şirkət kimi qeydiyyatı belə yoxdur. Sözsüz ki, bu turizm şirkətlərindən insanlarımız uzaq durmalıdırlar. Yaxın günlərdə bu məsəsləylə bağlı mətbuata açıqlama verəcəyik.

Azərbaycan Turizm Assosiasiyasının tərkində yeni bir komitə yaradılıb - Daxili turizm üzrə komitə. Komitə ətrafında bu gün daxili turizmlə məşğul olan sağlam şirkətlər yığılıb. Bu şirkətlərin siyahısını yaxın günlərdə mətbuat vasiyəsiylə turistlərimizə elan edəcəyik. Məhz bu şirkətlətlərə cavabdehlik daşıyacağıq. Həmin şirkətlərlə bağlı problem yaranarsa, onun həllində köməklik edəcəyik”.

©Metbuat.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır