Azərbaycan bu ölkə ilə turizm sahəsində əməkdaşlığı inkişaf etdirəcək
31 OKTYABR
282

Azərbaycan bu ölkə ilə turizm sahəsində əməkdaşlığı inkişaf etdirəcək

Azərbaycan və Qazaxıstan turizmin inkişafı məsələsini müzakirə ediblər.

Turizm.fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Astanada keçirilən Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında Xəzər dənizində səyahət imkanlarının yaradılması imkanları mövcuddur: “Həmçinin iki ölkə arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Bizim məhsuldar çalışa biləcəyimiz məsələlər həddindən çoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır