Qışda çimə biləcəyiniz 10 isti ölkə
02 NOYABR
557

Qışda çimə biləcəyiniz 10 isti ölkə

1. İndoneziya

İndoneziyanın 17 min adasının hər birini ziyarət etməyə bütün qış və məzuniyyət kifayət etməz. Əsas məkan olan Balidən başlaya bilərsiniz. Ubudanın spa-mərkəzləri və yoqa-məktəblərində beyniniz əla istirahət edəcək. Balidən şərqdə kiçik Qili adaları həddindən artıq gözəldir. Tənbəlliyinizi ataraq təmiz qumda gəzin, 1 metrlik tısbağalarla üzün və gülməli çəhrayı matrasda şəffaf suda dreyf edin. Adi günlərinizi cənnətlə əvəzləmək istəyirsinizsə qonşuluqdakı Lombok adasına doğru üzün. Adanın qəzəbli vulkanı və əsrarəngiz şəlalələrindən həzz alın. Baliyə getmək üçün ən bahalı qış ayı dekabrdır. 35% əlavə ödəmək lazım gəlir. Yanvar və fevralda getsəniz isə orta qiymətdən cəmi 5-9% çox vermiş olacaqsınız.

2. Xaynan adası, Çin

Çinin əsas istirahət ocağı Xaynan tropik adasıdır. Əvvəl buraya itaət etməyən məmurları göndərirdilər, indi isə üşüyən turistlər öz sümüklərini qızdırırlar. Sanyi kurortu daha çox cəlbedicidir. Qumlu sahil boyu ən yaxşı otellər zənciri uzanır. Yalunvan buxtasında az pulla istirahət etmək çətin alınsın, ancaq bir neçə günlük getmək lazımdır. Həm qənaət etmək, həm də əylənmək istəyirsinizsə Dadunxay kurortuna nəzər yetirin. Qışda Xaynana uçmaq yalnız yanvarın birinci yarısında ucuzdur. Yanvar-fevralda çinlilər Yeni ili qeyd edirlər. Bu isə o deməkdir ki, otellər dolu olur, təyyarəyə və qatara bilet, çimərliklərdə də yer yoxdur.

3. Filippin

Filippində 7000-dən çox adada yerləşmiş çoxlu kurortlar var. Borakay kurortunun əsas üstünlüyü xırda qumlu və şüşə kimi şəffaf möhtəşəm ağ çimərlikdir. Dənizə dalmaq istəyənlər Palavana gedə bilərlər. Orada batmış yapon gəmiləri yatır. Filippinə getmək üçün aviabiletləri yanvar və ya fevralda almaq daha ucuz başa gələcək. Dekabrda uçmaq biletlərin orta illik qiymətindən 51% baha olacaq. Tropik tufan sezonu Filippində yayda olur, ancaq istənilən vaxt hətta qışda da baş qaldıra bilər. Getməzdən qabaq hava proqnozu ilə tanış olmaq məsləhətdir.

4. Kuba

Kubaya yarım gün təyyarə ilə getmək adamı yarım əsr geriyə atır. Burada hələ də Sovetin Moskviçləri sürülür və əhali kommunizmin qələbəsinə inanır. “Hər şey daxil”i sevirsinizsə məşhur Varadero kurortuna gedin. Qollu-budaqlı palma ağacları və kaktusların arxasında ağappaq çimərlik kilometrlərlə uzanır. Elit Olqin kurortunda krallar kimi istirahət etmək olar. Vaxtınızı yaxşı keçirmək üçün məşhur Kuba dalğıc klublarına yazılın. Kubanın şimalında körpülərlə birləşdirilmiş tropik Kayo-Koko və Kayo-Qilyermo adalarını mərcan rifləri əhatəyə alır. Buralarda dalan dalğıclar sualtı canlılar haqqında müxtəlif əfsanələr qoşurlar. İquanadan qorxmursunuzsa Kayo-Larqo adasına gedin. Kubaya uçmaq üçün ən bahalı ay dekabrdır. 48% əlavə ödəmək lazım gəlir. Ən sərfəli ay isə yanvardır – 19% qənaət etmiş olursunuz. Kuba internetdən uzaq olmaq istəyənlər üçün əla ölkədir. Burada internet çox pisdir, pulsuz WiFi isə hələ təzə-təzə yaranır.

5. Vyetnam

“Qəpik-quruş” xərcləməklə ekzotika istəyirsinizsə Vyetnama gedin. Turistlər daha çox Nyaçanq kurortuna enirlər. Səs-küyü sevənlər mərkəzdə, ailələr isə şimala — təbiətə üz tuturlar. Qışda Vyetnamın cənub-şərqində Muyne kurort kəndində küləklər əsdiyi üçün sörfinq həvəskarları oraya daha çox gedirlər. Romantiklər isə cənubdakı sıx meşəli Fukuok adasına üz tuturlar. Dekabr ayında Muyne və Nyaçanqdə çimmək təhlükəlidir. Uşaqla gedirsinizsə risk etməyin və Fukuok adası kimi cənub kurortlarına yollanın. Yaxud da səyahətinizi yanvar-fevral aylarına qədər təxirə salın. Belə etsəniz həm də qənaət etmiş olarsınız. Xoşimin, Hanoy və ya Nyaçanqa getmək üçün aviabiletlər yeni il ərəfəsində qışın ikinci yarısına nisbətən 1.5-2 dəfə baha başa gələ bilər.

6. Braziliya

Braziliya qışda isti havası ilə hər kəsi ağuşuna alır və turistləri sviter və şubalarını soyunmağa məcbur edir. Oteldə əşyalarınızı atın və Rio-de-Janeyronun mərkəzində yerləşən məşhur Kopakabanda çimərliyinə üz tutun. Qonşuluğunda varlıların malikanələri ilə əhatələnmiş dəbdəbəli İpanema çimərliyi uzanır. Braziliyanın şimal-şərqindəki Fernandu-di-Noronya vulkanik adası isə dalğıclar üçün Məkkə sayılır. Braziliyaya fevralda gedərək eyni zamanda Rioda məşhur karnavala düşmək istəyirsinizsə biletləri uçuşa bir neçə ay qalmış alın. Bu zaman 15%-ə qədər qənaət etmiş olursunuz.

7. Tailand

Tailand kurortlarında istirahət qış darıxmasından qurtulmaq üçün ən yaxşı dərmandır. Bəziləri Samui adasının kokos çimərliklərini, bəziləri isə dəlisov Pattayyanı çox sevir. Pxanqan adasında gecə tədbirlərində isə o qədər keflənmək olar ki, səhər duranda heç nə yadınızda qalmayacaq. Tailanda yanvar və ya fevral ayında getmək daha yaxşıdır. Həmin vaxt aviabiletlər illik orta qiymətdən ucuz olur. Dekabrda getmək üçünsə biletin orta illik qiymətinin üzərinə hələ 1/3 hissəsini də əlavə ödəmək lazımdır. Özü də yeni il ərəfəsində Samui və Pxanqanda müntəzəm olaraq fırtınalar olur. Yanvarda isə hava çox gözəl olur. Dənizdə tam sakitlik, baş üzərində isə buludsuz səma hökm sürür.

8. Hindistan

Parlaq Hindistan qış vaxtında həyatınıza mütləq rəng qatacaq. Yenilənmək və məşhur Qoa günbatımı üçün şimaldakı Arambol və Ancuna çimərliklərinə gedin. Buranı qənaətcil səyahətlər daha çox sevirlər. Kerala ştatının gözəl çimərlikləri turistlər arasında Qoa kurortu kimi məşhur deyil. Cənubdakı Palolem çimərliyinə isə daha varlı adamlar üz tutur. Qoaya getmək üçün bileti orta qiymətindən 72% baha almamaq üçün oraya dekabrdan yanvara və ya fevrala kimi gedin. Hindistan haqqında qorxunc fikirlərə dərhal inanmayın, amma minimal ehtiyatınızı da əldən verməyin. Əllərinizi və meyvələri yaxşıca yuyun və krandan su içməyin.

9. Maldiv adaları

Okeana səpələnmiş minlərlə mərcan adasından biri olan Maldiv adaları məzuniyyət vaxtınızda sizi cənnətdə hiss etdirəcək. Ömrünüzdə heç olmasa bir dəfə oraya mütləq gedin. Maldiv adalarında tipik gün rejimi belədir: səhər yeməyi, günəş vannaları, mərcan riflərinə dalmaq və s. Romantik gecə üçün Vaadxu adasına gedin. Maldivlərə fevralda getmək daha sərfəlidir. Bu ayda biletlər dekabr və yanvardakından 20% ucuz olur. Maldiv adaları müsəlman ölkəsidir və orada belə qədər çılpaq çimmək qadağandır. Mərcan qalıqlarını evə aparmaq da olmaz.

10. Şri-Lanka

Şri-Lankada iki həftəyə əməlli-başlı yanmaq olar. Adanın cənub-qərbində romantik Bentot kurortunda ruh və bədən əla istirahət edir. Məşhur Xikkaduva kurortu isə yeni sörfinqə başlayanlar üçün əla məşq bazasıdır. Okean səthindən aşağıda aktiv istirahəti üstün tutanlar isə Şri-Lankanın cənubunda Veliqamada sualtı gözəlliklərə baş vura bilər. Şri-Lankaya uçmaq üçün ən bahalı ay dekabrdır. Bu ayda biletlər orta illik qiymətdən 25% baha olur. Yanvar və fevralda isə 10% qənaət etmək olar. Məbədlərə gedəndə ciddi geyinin və Budda ilə selfi çəkməyin. Şri-Lankada dinə ciddi yanaşırlar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır