Birdən təyyarəyə vaxtında çata bilmədim?
06 NOYABR
339

Birdən təyyarəyə vaxtında çata bilmədim?

Təyyarəni qaçıranlar üçün

Səyahət öncəsi siz də mənim kimi təyyarəyə gecikmə yuxuları görürsünüz? Və ya görəsən gecə saat 11-dədir, yoxsa gündüz, günorta saat 2-dədir, yoxsa gecə yarısından sonra – düşüncələri ilə biletinizi 20 dəfə yoxlayırsınız?

Olmadı belə, oldu elə – birdən təyyarəyə gecikdiz, o zaman necə olacaq?

Təyyarəyə vaxtında çata bilməsək nə etməliyik?

Belə vəziyyətlə rastlaşsanız, ilk etməli olduğunuz bilet aldığınız şirkətin satış mərkəzinə getməkdir. Vəziyyət hava yolları şirkətinə və biletin sinfinə görə dəyişir. Sərnişin reysə bir neçə saat qalmış uçuşdan imtina edirsə, ondan müəyyən miqdarda cərimə kəsilir. Reysə vaxtında çata bilməyəndəsə bir çox şirkət ödənilən məbləği geri qaytarmır.

Dönüş bileti varsa…

Dönüş üçün bilet almısınızsa, avtomatik həmin bilet də ləğv edilir və təkrar satışa çıxarılır. Bu riski azaltmaq üçün gediş-dönüş biletlərinizi ayrı almağınız məsləhətdir.

Yox, əgər reys hava yolları şirkətinə görə təxirə salınıbsa, bu zaman pulunuzu geri alma və ya tarix dəyişikliyi mümkündür.

Sığortalı bilet

Fors-major hallarla rastlaşa bilmə ehtimalını nəzərə alın, səyahət sığortasından yararlanın. Sığorta etdirərkən isə detallarına qədər soruşmaq lazımdır. Sığorta ilə gecikmiş uçuşun pulunu geri almaq olur.

Əziz səyahətçi oxucuları, izləyiciləri – bu hallarla rastlaşmaq istəmirsinizsə, diqqətli olun. Baş verəcək bütün gecikmə hallarını, tıxacı, xəstəliyi və s. nəzərə alıb, mənim kimi 3 saat öncədən gedin hava limanına Burada kofe içə-içə sağa-sola tələsən insanlara baxmağın ləzzəti bir ayrıdır.

seyahetciblog.wordpress.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır